“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

AFFA 3 federasiyanı ləğv etdi, yeni rəhbər bilindi - FOTO

Tarix 04.09.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


AFFA daxilində fəaliyyət göstərən 3 federasiya ləğv edilib.

AzFakt.com Prosport.az-a istinadən xəbər verir ki, bunlar Azərbaycan Futzal Federasiyası, Azərbaycan Çimərlik Futbol Federasiyası və Azərbaycan Əlillər Futbolu Federasiyasıdır.

Onların hamısı bir departamentdə birləşdirilib. Bu vəzifəyə isə Fərid Babayev təyin olunub.

Fərid Babayev kimdir? O, may ayından AFFA-da çalışmağa başlayıb. May-iyun aylarında AFFA-da Kommersiya işləri üzrə menecer vəzifəsində çalışıb.

AFFA-ya gələnədək isə 2009-2020-ci illərdə Yaponiyanın tütün şirkətində merkandayzer olub, supervayzer və satış üzrə təlimçi vəzifələrində işləyib. Həmçinin, 2021-2022-ci illərdə "Baku Gold Trade"də direktor, 2022-2023-cü illərdə "Loto Marketing and Consulting" MMC-də supervayzer və 2023-2026-cı illərdə "Fortuna Trade" MMC-də baş direktor vəzifələrində çalışıb. Onun çalışdığı son şirkət avtomobil sürtkü yağları və filtrlərinin satışı ilə məşğul olub.

Məlumata görə, Fərid Babayev ləğv edilən federasiyaların prezidentləri ilə görüşüb, onlardan halallıq da alıb.

Köhnə Futzal Federasiyasından yeni yaradılan departamentdə yalnız Fərrux Hüseynzadə təmsil olunacaq. Fərrux Hüseynzadə 2019-cu ildən federasiyada menecer və futzal millisində baş inzibatçıdır. O daha əvvəl bu federasiyada koordinator (2018-2019) və "Səbail" Akademiyasının baş meneceri (2019) vəzifələrində çalışıb.

Həmçinin, Çimərlik Futbol Federasiyasının meneceri, çimərlik futbolu millisinin inzibatçısı Rüfət Həsənov və 2020-ci ildən (ötən il təkrar seçilmişdi) Əlillər Futbolu Federasiyasının prezidenti olan Elşad İbrahimli yeni departamentdə fəaliyyətlərinə davam edəcək.

Qeyd edək ki, bu anadək Azərbaycan Futzal Federasiyasının prezidenti "Araz-Naxçıvan" klubunun sahibi, Naxçıvan Futbol Federasiyasının prezidenti, "Samaya Co" MMC adlı gəmiçilik şirkətinin rəhbəri Zaur Axundov olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti isə 1994-cü ildən fəaliyyət göstərən "Novco" şirkətlər qrupunun rəhbəri, Türkiyənin məşhur "LC Waikiki" mağazasını ilk dəfə 1999-cu ildə Azərbaycana gətirmiş, 100-dən çox ölkədə olmuş səyyah-alpinist Fərid Novruzi idi. Hər iki şəxs 2008-ci ildən – AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun işlədiyi dövrdən bu federasiyalara rəhbərlik edirdi.



Xəbərin oxunma sayı : 139




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap