“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nəhəng platformalar Rusiyada cərimələndi: Milyonlarla rubl ödəyəcəklər

Tarix 02.09.26, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada "Google", "Telegram" və "Pinterest" qadağan olunmuş məzmunları silmədikləri üçün ümumilikdə 22,8 milyon rubl cərimələnib.

AzFakt.com xarici mətbuata istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkətlərə qarşı açılan inzibati işlər üzrə qərar qəbul edib.

Qərara əsasən, Telegram üç ayrı pozuntuya görə 11,4 milyon rubl, Google iki pozuntuya görə 7,6 milyon rubl, Pinterest isə 3,8 milyon rubl cərimə ödəyəcək.

Pinterest barəsində əlavə olaraq ekstremist fəaliyyətə çağırışlar və uşaqlara aid qadağan olunmuş məzmunların silinməməsi ilə bağlı inzibati iş başlanıb. Şirkət bu iş üzrə 8 milyon rubla qədər əlavə cərimə ilə üzləşə bilər.

Qeyd edək ki, Rusiyada xarici internet platformalarına qarşı bu cür sanksiyalar daha əvvəl də tətbiq olunub.

Google-a 2021-ci ilin sonundan etibarən dövriyyəsi əsasında tətbiq edilən cərimələrin ümumi məbləğinin 29 milyard rubldan çox olduğu bildirilir. Şirkətin Rusiyadakı icra borcunun isə 20 milyard rubldan artıq olduğu qeyd edilir.
 



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap