“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Tarix 03.09.26, 18:03

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda biznes qurmaq adı altında dələduzluq edilib.

Lent.az-ın xəbərinə görə, 35 yaşlı Ülvi Sadıqov (şərti adla) protez saç biznesi qurmaq adı ilə zərərçəkmişin 12 min 800 manatını ələ keçirib. Zərərçəkənin şikayəti əsasında o saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Məlumata əsasən, Ülvi Sadıqov özü Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində protez saç salonu işlədib. Zərərçəkən Alim (şərti adla) taksi sürücüsü olub və onunla elə müştəri kimi tanış olub. O, Alimə Hindistandan protez saç gətirməyi və hər məhsulun satışından 30 manat verəcəyini deyib. Bunun üçün Alimdən 12 min 800 manat pul alıb. Alim isə həmin pulu taksi kimi işlədiyi avtomobili girov kimi qoymaqla, verə bilib. Lakin pulu verəndən sonra Ülvi yhoxa çıxıb və zərərçəkən onunla əlaqə saxlaya bilməyib.

Alimin sözlərinə görə, istintaq dövründə dəymiş ziyan ona tam olaraq ödənilib.

Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barəsində amnistiya aktı tətbiq olunmasını istəyib.

Məhkəmə onun bu istəyini təmin edib. Nəticədə Ülvi Sadıqovun barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad edilib.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap