“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər - SİYAHI

Tarix 03.09.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 2000 manat maaş alır.

AzFakt.com "FED.az"a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlum olub.

Məlumata görə, Azərbaycada əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 811 min nəfərdir, onlardan 8,7%-i və ya 157 min nəfər 2000 manatdan artıq maaş alır.

Yüksək maaşlı (yəni ayda 2000 manatdan artıq) işçilərin xüsusi çəkisi fəaliyyət sahələri üzrə kəskin fərqlənir. Yəni ayrı-ayrı sahələrdə 2000dən artıq maaş alanlanrın payı fərqlidir.

2000 manat maaş almaq üçün ən yaxşı imkan mədənçıxarma sənayesindədir, buraya təkcə-neft qaz deyil, həm də metal, qızıl yataqlarında və şirkətlərində işləyənlər də aiddir. Çünki belə maaş alanların ən yüksək payı məhz mədənçıxarma sənayesində qeydə alınıb — bu sahədə işləyənlərin təqribən yarısı, daha dəqiqi 47,5 faizi 2000 manatdan artıq maaş alır.

2000 manat maaş üçün neft və filiz mədənlərinə üz tutmaq istəməyənlər banklara gedə bilərlər. Belə maaş almaq üçün ikinci ən böyük imkan bank və sığorta sahəsindədir. Maliyyə və sığorta şirkətlərində işləyənlərin 39%-i 2000 manatdan artıq maaş alır.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində salışanların 27,2 faizi, yəni hər 4 nəfərdən biri 2000 manatdan artıq maaş alır. İnformasiya və rabitədə çalışanların 20 faizi (hər 5 nəfərdən 1-i), peşə, elmi və texniki fəaliyyətdə isə 18 faizi 2000 manatdan artıq maaş alır. Nəqliyyat və anbar təsərrüfatında 2000 manat alanlanrın sayı isə 16-17% və ya hər 6 nəfərdən biridir.

2000 manat maaş alan işçilərin ən az olduğu sahə isə kənd təsərrüfatıdır. Kənd təsərrüfatında işləyənlərin cəmi 1,9%-i və ya yalnız hər 50 nəfərdən biri 2000 manat alır.

Təhsil sahəsində vəziyyət aqrar sahədən cüzi fərqlənir. Burada işləyənlərin cəmi 2,3%-i və ya hər 44 nəfərdən biri 2000 manat maaş alır. Turizm, əyləncə, nəqliyyat sahəsində isə 2000 manat və daha artıq maaş alanların sayı 2,7-2,8%-dir. Yəni bu sahədə çalışan hər 35-37 nəfədən yalnız biri 2000 manat maaş ala bilir.



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap