“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

Tarix 31.08.26, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Rəqqasə Rəna Ağamuradova (Renka) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Axşam.az xəbər verir ki, sənətçi “Göz-gözə” yutub layihəsində ailə qurmaq istəməməsi ilə bağlı sualları cavablandırıb. Renka azadlığı sevdiyini və həyatını bu şəkildə davam etdirmək istədiyini bildirib.

“Ailə həyatı qurmaq istəmirəm. İki uşaq anasıyam, kimdir məni alan? Qızlar qalıb, onları alan yoxdur, məni alacaqlar? Mən Dolça bürcüyəm, ona görə də ayrıldım. Gəzmək, azadlıq, dünyanı görmək istəyirəm. Ailə mənlik deyil. Bu gün-sabah oğlumu evləndirəcəyəm”, - deyə rəqqasə bildirib.

Renka övladlarından da danışıb. O, qızının fotoqrafiya ilə məşğul olduğunu, uşaqlarının bahalı əşyalara və brend məhsullara maraq göstərmədiyini söyləyib:

“Qızımı fotoqraflığa qoymuşam. Uşaqlarım çox pul xərcləyən deyil, brend istəmir. Oğlum hətta mən pul xərcləyəndə əsəbiləşir. Qızıma deyir, annaya az xərclət. Qızım heç rəqsi sevmir”.

Rəqqasə uşaqlarının atası ilə də görüşdüyünü qeyd edib:

“Uşaqlarımın atası da onlarla görüşür. Hətta bu yaxınlarda səyahətə gedəndə uşaqlarla qaldı”.

Renka qızının gecə-gündüz harada olduğunu nəzarətdə saxladığını da etiraf edib:

“Uşaqlarımla bağlı sualları cavablandırmıram. Amma oriental pis rəqsdir? Qızım rəqqasə olsa, nə olar ki? Qızım hara gedirsə, onu izləyirəm. Restoran sahibləri tanışımdır. Qızım dostları ilə gedəndə zəng vururam ki, onun görüntüsünü atın. Baxıram kimlə oturub, sonra rahatlayıram. Hətta haradasa oturanda tanımadığım insanlar onun görüntüsünü çəkib atır”.





Xəbərin oxunma sayı : 154




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap