“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda lombard biznesindən milyonlar qazanan şəxs kimdir? - Rəqəmlər

Tarix 03.09.26, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


“Sizin Lombard” brendi ilə fəaliyyət göstərən “GL” ASC-nin sahibinə 2026-cı ilin ilk yarısında ödənilən dividendin məbləği məlum olub.

Valyuta.az xəbər verir ki, lombard şirkəti 2026-cı ilin birinci yarımilliyində səhmdarına 3 milyon 216 min 347 manat dividend ödəyib.

Şirkət sözügedən dövrdə 3 milyon 850 min 943 manat xalis mənfəət əldə edib. Dividend ödənişinə baxmayaraq, “GL” ASC-nin cəmi kapitalı 2025-ci ilin ilk yarısındakı 3 milyon 441 min 746 manatdan 2026-cı ilin ilk yarısında 4 milyon 108 min 921 manata yüksəlib.

Fərman Quliyev 2016-cı ildən "Sizin Lombard" brendi ilə fəaliyyət göstərən, qızıl girovu ilə qısamüddətli kreditlər verən "GL" ASC-nin səhmlərinin 100%-nin yeganə sahibidir.

2024-cü ildən 2026-cı ilin ilk yarısınadək Fərman Quliyevin dividend gəliri 10 mln. manatdan çox olub. 

Belə ki, şirkət 2025-ci ilin nəticələri üzrə Fərman Quliyevə 3 milyon 743 min manat dividend ödəyib. 2024-cü ilin nəticələrinə görə isə bu məbləğ 3 milyon 105 min manat olmuşdu. 

Qeyd edək ki, Quliyevlər ailəsi uzun illərdir bank sektorunda fəaliyyət göstərir. Atası Quliyev Eldar Elman oğlu "Para Bank"ın sahibi olub. “Parabank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv edilib, lakin sonradan bank yenidən təşkil olunaraq bank olmayan kredit təşkilatına (BOKT) - “Para” BOKT-a çevrilib. BOKT-un nizamnamə kapitalı 38 milyon 887 min manatdır. Onun səhmlərinin 17%-i Eldar Quliyevə, 15.5% Alevtina Vəli qızı Quliyevaya, 10.95%-i Əşrəf Səfərova, 10.95%-i Faiq Səfərova, 9.8%-i Tamilla Fərman qızı Hacıyevaya, 9.6%-i Elnur Eldar oğlu Quliyevə, 9%-i Vəli Eldar oğlu Quliyevə, 6%-i Fərman Eldar oğlu Quliyevə, 3.4%-i İbrahim Səfərova, 3.4%-i Əvəz Səfərova, 3%-i Rasim Poladova, 1.4%-i isə digər şəxslərə məxsusdur.

Fərman Quliyevin qardaşı Vəli Quliyev 23 yaşında "ParaBank"ın İdarə Heyətinin sədri olub. Hazırda "Parabokt"un səhmdarlarından biri olan V.Quliyev həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisidir.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap