“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Dondurma kralı” 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir

Tarix 04.09.26, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Tailandlı multimilyonçu, ölkədə “dondurma kralı” kimi tanınan Siriponq Akkarasriyuk öz biznesini satmaq və rahib olmaq qərarına gəlib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb. 

Akkarasriyuk biznesini 165 milyon bat (təxminən 8,5 milyon AZN) məbləğinə satmaq niyyətindədir. Sövdələşməyə onun yaradıcısı olduğu “Hawell`s” dondurma brendinə məxsus torpaq sahəsi, ofis və zavod, eləcə də brendin özü, dondurma reseptləri daxil olacaq. O hətta biznesi üçün alıcı tapacaq şəxsə 5 milyon bat (təxminən 258000 AZN) da vəd edib. 

Verdiyi müsahibədə Akkarasriyuk hələ 15 il əvvəl özünü tamamilə buddizmə həsr etmək qərarına gəldiyini söyləyib. Biznesi yeni sahibinə təhvil verdikdən sonra o, iki il ərzində ailəsi ilə vaxt keçirməyi, torpaq sahəsi alaraq oranı meditasiya üçün qurmağı planlaşdırır. Həmin müddətdən sonra isə milyonçu buddizmdə yüksək hesab olunan arxat statusuna nail olmaq üçün zahid həyatı yaşamaq niyyətindədir.



Xəbərin oxunma sayı : 100




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap