Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Neft nəhəngi dizelə möhtac qaldı - Rusiya artıq xaricdən yanacaq alır

Tarix 17.07.26, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Federasiyası hökuməti, artıq Belarus, Qazaxıstan və Hindistandan alınan benzinin ardınca, dizel yanacağının da idxal edilməsinə imkan verəcək hüquqi bazanı tamamlayıb. 

Rusiya Energetika Nazirliyinin mətbuat xidmətindən "RBC-yə verilən məlumata görə, dizel üçün xüsusi "idxal dempferi" (kompensasiya mexanizmi) tətbiq olunur. Xarici benzin üçün artıq qüvvədə olan bu mexanizm çərçivəsində, yanacaq idxal edən yerli neft şirkətlərinə itkiləri qarşılamaq üçün dövlət büdcəsindən subsidiyalar ödəniləcək.

Rusiya əslində dünyanın ən böyük dizel ixracatçılarından biridir. Ölkədə istehsal olunan yanacağın təxminən 40-50%-i xaricə satılırdı.

2023-cü ilin statistikasına görə, ölkədaxili dizel istehlakı 52.2 milyon ton olduğu halda, 35.7 milyon ton dizel xaricə ixrac edilmişdi.

Böhranın səbəbi ondadır ki, Rusiya Neft Emalı Zavodlarına (NEZ) edilən pilotsuz uçuş aparatları (PUA) zərbələri ölkədəki neft emalı gücünü son 20 ilin minimumuna endirib. Nəticədə dizel istehsalı birdən-birə təxminən 40% azalıb - bu, istehsalı dörddə bir qədər (25%) azalan benzindən daha ağır bir zərbədir.

Rusiyanın əsas dizel tədarükçüsünün Hindistan olacağı gözlənilir. "Reuters" agentliyinin məlumatına görə, yanacaq bazarında vəziyyət daha da pisləşərsə, Rusiya şirkətləri rəsmi olaraq Hindistan NEZ-lərinə müraciət edəcəklər.

Hələlik Hindistan Rusiyaya cəmi iki partiya - təxminən 100 min ton benzin göndərib. Lakin "Energy Intelligence" analitiklərinin hesablamalarına görə, Rusiyada neft məhsullarının faktiki qıtlığı hər ay 400.000 ilə 600.000 ton arasında dəyişir.

Öz xammalı ilə dünyanı təhdid edən bir ölkə, indi öz daxili bazarını tənzimləmək üçün sanksiyalı neftini satdığı Hindistandan həmin neftin emal olunmuş variantını böyük ehtimalla daha baha qiymətə geri almaq məcburiyyətindədir. 



Xəbərin oxunma sayı : 349




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap