Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Quzu əti 25 manata qalxdı - Paytaxt bazarlarında son vəziyyət

Tarix 17.07.26, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Bazarlarda satışa çıxarılan quzu ətinin qiyməti heyvanın çəkisi və növündən asılı olaraq dəyişir.

AzFakt.com Milli.Az-a istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, 17-20 kiloqramlıq quzuların əti əsasən 20-21 manata təklif olunur. Çəkisi 10-12 kiloqram olan əmlik quzuların əti isə daha baha satılır və qiyməti 23-25 manata qədər yüksəlir.

Qəssablar bildirirlər ki, əmlik quzular bazarda az tapıldığı üçün onlar adətən əvvəlcədən verilən sifariş əsasında gətirilərək kəsilir. Onların sözlərinə görə, bu növ ət daha yumşaq quruluşa və özünəməxsus dada malik olduğundan alıcılar tərəfindən daha çox üstünlük verilir. 

Qiymətlərdəki fərq istehlakçıların alış vərdişlərinə də təsir göstərib. Alıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az quzu əti almaq mümkündür. Xüsusilə əmlik quzu əti artıq hər kəs üçün əlçatan məhsul hesab edilmir.

Mütəxəssislər qeyd edirlər ki, son aylarda ölkəyə ət idxalının artması bazarda məhsul qıtlığının qarşısını alıb. Əks halda, yerli istehsaldan daha çox asılı olan quzu ətinin qiymətlərinin daha da yüksəlməsi ehtimalı yüksək olardı.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap