Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“MediHall Hospital“ın direktoru 25 min manat cərimələndi - Səbəb nədir?

Tarix 17.07.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərinin Binəqədi qəsəbəsində, metronun Azadlıq prospekti stansiyasının yaxınlığında yerləşən "MediHall Hospital”ın direktoru inzibati məsuliyyətə cəlb olunaraq 25 min manat məbləğində cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, "REO-X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun tərkibində fəaliyyət göstərən klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.

Araşdırma zamanı müəyyən edilib ki, R.T. adlı həkimlə klinika arasında əmək müqaviləsi bağlanmadan, xidmət müqaviləsi əsasında "MediHall Hospital”da cərrahi əməliyyat həyata keçirilib.

Məhkəmənin qərarı ilə "REO-X1” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3 500 manat məbləğində inzibati cərimə edilib.

Bununla yanaşı, şirkətin və xəstəxananın direktoru Zülfi Əliyev də eyni maddə ilə 25 min manat məbləğində inzibati cəriməyə məhkum olunub.

Direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, eyni maddə üzrə həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxs kimi cərimələnməsi qanunvericiliyə ziddir. O, rəhbərlik etdiyi tibb mərkəzində 30 nəfərdən çox əməkdaşın çalışdığını qeyd edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.



Xəbərin oxunma sayı : 76




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap