“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

UEFA-dan FIFA-ya sərt etiraz: “Qırmızı xətt keçildi“

Tarix 06.07.26, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


UEFA FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloquna verilən qırmızı vərəqə cəzasını təxirə salmaq qərarını rəsmi saytı vasitəsilə kəskin tənqid edib.

Qaynarinfo xəbər verir ki, 2026-cı il dünya çempionatının 1/16 final mərhələsinə yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ millisi Bosniya və Herseqovinanı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Qarşılaşmanın 64-cü dəqiqəsində ABŞ yığmasının futbolçusu Folarin Baloqun Tarik Muharemoviçə qarşı kobud oyuna görə VAR baxışından sonra birbaşa qırmızı vərəqə alıb və qaydalara əsasən növbəti oyunu buraxmalı idi.
Lakin matçdan üç gün sonra FIFA-nın İntizam Komitəsi Baloqunun bir oyunluq cəzasının bir il müddətinə təxirə salındığını açıqlayıb. Bununla da futbolçu Belçikaya qarşı dünya çempionatının 1/8 final görüşündə meydana çıxmaq hüququ qazanıb.

Qərardan sonra ABŞ Prezidenti Donald Tramp sosial media hesabında FIFA-ya təşəkkür edib. Daha sonra həmin paylaşım Ağ Evin rəsmi hesabında da dərc olunub.

Bu qərar ilk növbədə Belçika Futbol Federasiyasının və Belçika millisinin baş məşqçisi Rudi Qarsiyanın sərt etirazına səbəb olub. Belçika Futbol Federasiyası yaydığı bəyanatda qərardan "təəccüb içində olduqlarını" bildirib.

Rudi Qarsiya isə deyib: "Demək, FIFA-da 5 iyul 1 aprelə bərabər imiş. Bu, yəqin ki, 1 aprel zarafatıdır. Biz təkcə millimizi və ya federasiyamızı müdafiə etmirik, futbolu, onun etik prinsiplərini və tarixini müdafiə edirik".

UEFA da məsələ ilə bağlı yaydığı bəyanatda qərarın qəbuledilməz olduğunu vurğulayıb. Qurumun açıqlamasında deyilir:

"Folarin Baloquna göstərilən qırmızı vərəqədən sonra tətbiq edilməli olan bir oyunluq avtomatik cəzanın bir il müddətinə təxirə salınması barədə qərar qırmızı xətti keçib. Futbol, digər idman növləri kimi, ədalətli, dürüst və şəffaf rəqabəti təmin edən qaydalara əsaslanır. Bəzi hallarda qaydalar fərqli şəkildə şərh oluna bilər. Lakin bu vəziyyətdə belə deyil. Qırmızı vərəqədən sonra tətbiq edilən minimum bir oyunluq avtomatik cəza seçim məsələsi deyil və ayrıca qərar tələb etmir. Bu, qaydalarda təsbit olunmuş prinsipdir və istisnaya məruz qala bilməz. Xüsusilə də turnirin gedişində eyni vəziyyətlə üzləşən digər futbolçuların cəzalarını normal qaydada çəkdiyi bir vaxtda.

Qaydaların dəyişməzliyi onları qorumağa borclu olanlar tərəfindən təmin edilmədikdə, oyunun bütövlüyü təhlükə altına düşür və yarışın etibarlılığı zədələnir. Belə bir qərar davam edən turnir üçün presedent yaradır və gələcəkdə oxşar hallarda eyni yanaşmanın tətbiqini zəruri edir. Bu isə yarışın nüfuzuna mənfi təsir göstərə bilər.

Futbol dünyanın ən sevilən idman növüdür, çünki hər yerdə eyni qaydalarla oynanılır. Söhbət dünya çempionatından gedirsə, burada qəbul edilən qərarlar bütün futbol dünyası üçün mühüm nəticələr doğura bilər. Belə görünməmiş, anlaşılmaz və əsaslandırılmamış qərarla bağlı dərin təəccübümüzü bildiririk".


ABŞ ilə Belçika arasında dünya çempionatının 1/8 final oyunu iyulun 7-də, Bakı vaxtı ilə saat 04:00-da Sietldə keçiriləcək. Qarşılaşma İctimai TV vasitəsilə canlı yayımlanacaq.



Xəbərin oxunma sayı : 415




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap