“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

NASA rəhbərindən etiraf: Çin ABŞ-ı Ay planeti yarışında qabaqlaya bilər

Tarix 06.07.26, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


NASA-nın rəhbəri Cared Ayzekman bildirib ki, Çin Ay uğrunda yarışda ABŞ-ni qabaqlayaraq uzun müddətdən sonra ora ilk insan göndərə bilər.

Bu barədə o, CBS telekanalının "Face the Nation with Margaret Brennan" proqramında danışıb.

Onun sözlərinə görə, ABŞ və Çin hazırda Ay missiyaları üzrə kəskin rəqabət mərhələsindədir. Əsas sual isə hansı ölkənin Aya uzun müddətdən sonra ilk enişi həyata keçirəcəyidir.

"Hazırda kosmos yarışının içindəyik. Çin inanılmaz sürətlə irəliləyir. Çinlilər mütləq öz taykonavtlarını Aya göndərəcəklər. Bu, artıq sual deyil. Əsas məsələ ABŞ-nin onlardan əvvəl Aya qayıda bilib-bilməyəcəyidir", - deyə Ayzekman bildirib.

O əlavə edib ki, NASA-nın insanlı Ay missiyası ilə bağlı planları dəfələrlə dəyişdirilib. Əvvəlcə "Artemis III" missiyası çərçivəsində 2027-ci il üçün planlaşdırılan Ay enişi 2028-ci ilə təxirə salınıb. Hazırkı plana əsasən, həmin eniş artıq "Artemis IV" missiyası çərçivəsində həyata keçiriləcək.

NASA 2029-cu ilədək astronavtların Ay səthinə etibarlı şəkildə çıxışını təmin etməyi və burada elmi tədqiqatlar aparmağı, daha sonra isə Ay bazasının ilkin infrastrukturunu qurmağı planlaşdırır. Agentlik 2032-ci ildən etibarən Ayda daimi ekipajların fəaliyyət göstərməsini hədəfləyir.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap