“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Nazirin arvadına Türkiyəyə getməyə icazə vermədilər - FOTO

Tarix 07.07.26, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


İspaniya hökuməti, dörd cinayətdə mühakimə olunan və pasportu müsadirə edilən baş nazir Pedro Sançesin həyat yoldaşı Beqona Qomezə 2026 Ankara NATO Sammitində iştirak etmək üçün Ankaraya səfər etməyə məhkəmə tərəfindən icazə verilməyib.

AzFakt.com xəbər verir ki, bu qərar İspaniya hökumətinin etirazına səbəb olub.

İspaniya hökuməti qərarı "anlaşılmaz" adlandırıb. Hökumət rəsmilərinin fikrincə, məhkəmənin Beqona Qomezə qızının məzuniyyət mərasimində iştirak etmək üçün Londona getməyə icazə verib, lakin Ankaraya səfərinə qadağa qoyması məntiqsizdir.

Məhkəmənin qərarında bildirilib ki, Türkiyə Avropa İttifaqının məhkəmə və hüquq əməkdaşlığı sisteminə daxil deyil. Bundan əlavə, Beqona Qomezin NATO sammitində iştirakı yalnız protokol xarakteri daşıdığı üçün səfərə icazə verilməyib. Buna baxmayaraq, Böyük Britaniyaya səfər qızının məzuniyyət mərasimində iştirakı və iki ölkə arasında məhkəmə əməkdaşlığı əsas gətirilərək təsdiqlənib.

Beqona Qomez hazırda nüfuzundan sui-istifadə, biznes korrupsiyası, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə istintaq altındadır. Bu iş çərçivəsində onun pasportu iyunun 24-də məhkəmə tərəfindən müsadirə edilib və xaricə səfərləri yalnız məhkəmənin xüsusi icazəsi ilə mümkündür.

Qeyd edək ki, Beqona Qomez NATO-nun Ankara sammitinə üzv ölkələrin liderlərinin həyat yoldaşları ilə birlikdə rəsmi şəkildə dəvət olunmuşdu. Lakin məhkəmənin qərarından sonra o, baş nazir Pedro Sançesi Ankara səfərində müşayiət edə bilməyəcək.(musavat.com)





Xəbərin oxunma sayı : 268




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap