“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər“ - Tramp

Tarix 05.07.26, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir.

TASS agentliyi xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zamanı bildirib.

"Biz çox yaxında Marsa yollanacağıq. Hesab edirəm ki, biz Ayı fəth edib daha da irəli gedəcəyik. Sonra isə istiqamətimiz Mars olacaq", - deyə ABŞ lideri əlavə edib.

Tramp xatırladıb ki, onun administrasiyasının təşəbbüsü ilə birinci prezidentlik müddəti dövründə ABŞ Kosmik Qüvvələri yaradılıb. "Bəziləri rişxənd edirdi, bunun axmaqlıq olduğunu düşünürdü. İndi isə anlayırlar ki, bu, etdiyimiz ən mühüm işlərdən biridir. Biz kosmosda Çin və Rusiyaya uduzurduq, indi isə böyük addımlarla onlardan öndə gedirik", - deyə Tramp iddia edib.

Qeyd edək ki, NASA-nın rəhbəri Cared Ayzekman may ayında verdiyi açıqlamada qurumun 2032-ci ilə qədər Ayda ABŞ-nin daimi məskunlaşma stansiyasını yerləşdirmək niyyətində olduğunu bildirmişdi. NASA rəsmiləri qeyd ediblər ki, onlar Ayda gələcəkdə Marsa idarəolunan uçuş həyata keçirməyə imkan verəcək texnologiyaları sınaqdan keçirməyi planlaşdırırlar. Qurum bu missiyanın 2040-cı ilə qədər təşkil oluna biləcəyini ehtimal edir.




Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap