“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?

Tarix 06.07.26, 15:51

Font ölçüsü : - / +
bitmap-img6


Yay mövsümündə adətən meyvələr bol və qiymətləri ucuz olur. Lakin bu il bazarlarda fərqli mənzərə müşahidə olunur. Mövsüm meyvələri bol olsa da, qiymətlər ötən illərlə müqayisədə nəzərəçarpacaq qədər artıb. 

Bazarlardakı yüksək qiymətlərə baxmayaraq, fermerlər də məhsullarını sata bilmədiklərini deyirlər. Onların sözlərinə görə, sahədə məhsul qalır, alıcı azdır. Bazarlarda isə məhsulun az olduğu və buna görə qiymətlərin əvvəlki illərlə müqayisədə yüksək olduğu bildirilir.

Bəs mövsümü meyvələr niyə ucuzlaşmır? Sahə ilə bazar arasındakı qiymət fərqi nədən qaynaqlanır? 
 
Qaynarinfo mövzunu Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli ilə müzakirə edib.
 
Akif Nəsirli bildirib ki, bu il mövsüm meyvələrinin qiymətlərinin yüksək qalmasının bir neçə səbəbi var:
 
"Fermerlər məhsulu aşağı qiymətə satdıqlarını və alıcı tapmaqda çətinlik çəkdiklərini bildirsələr də, məhsul bazara çatana qədər daşınma, saxlanma, vasitəçilik və satış xərcləri qiymətə əlavə olunur. Nəticədə istehlakçı məhsulu daha baha qiymətə alır. Bəzi hallarda məhsulun bazara çıxarılmasında yaranan problemlər və vasitəçilərin çoxluğu da qiymətlərin yüksək qalmasına təsir edir".

Fermer, satıcı, alıcı arasındakı qiymətlərin tənzimlənməsi yolları haqqında danışan Akif Nəsirli qeyd edib ki, qiymətlərin daha balanslı olması üçün istehsalçı ilə istehlakçı arasında satış zəncirinin qısaldılması, fermerlərin məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılması, logistika və soyuducu anbar imkanlarının genişləndirilməsi vacibdir:

"Eyni zamanda bazarda sağlam rəqabətin təmin olunması və süni qiymət artımlarına qarşı nəzarətin gücləndirilməsi də qiymətlərin sabitləşməsinə kömək edə bilər. Bu tədbirlər həm fermerlərin daha çox gəlir əldə etməsinə, həm də alıcıların məhsulu daha münasib qiymətə almasına şərait yaradar".



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap