“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Arxektura Komitəsi, FHN və İcra hakimiyyəti “Binəqədi Park” MMC-nin tikdiyi qanunsuz binaları görmürlər? - FOTOLAR

Tarix 04.12.25, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Binəqədi rayon İcra Hakimiyyəti “Binəqədi Park” MMC ilə “anlaşaraq” tikinti şirkətinin qanunsuz əməllərinə göz yumurlar.

Binəqədi - Xırdalan şosesi 8c ünvanında yaşayış binaları inşa edən “Binəqədi Park” MMC ilə bağlı ilginc iddialar orataya çıxıb. 

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə “Binəqədi Park” MMC-nin inşa etdiyi yaşayış binalarının əksəriyyətinin tikinti üçün icazə sənədləri yoxdur. Həmçinin inşa edilən yaşayış binalarının bir çoxunda tikinti normativləri ciddi şəkildə pozulub. 

Açıklama yok.

Tikinti üçün icazə sənədinin olmaması və tikinti normativlərinin pozulmasına baxmayaraq “Binəqədi Park” MMC Binəqədi - Xırdalan şosesi 8c ünvanında tikinti işlərini rahat şəkildə davam etdirir. Yəni tikintilər cavadeh qurumlar olan Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və əraziyə nəzarət edən Binəqədi rayon İcra Hakimiyyəti “Binəqədi Park” MMC-nin tikdiyi yaşayışbinalarını görməzdən gəlirlər. 

Açıklama yok.

Məlumata görə Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Binəqədi rayon İcra Hakimiyyəti “Binəqədi Park” MMC ilə “anlaşaraq” tikinti şirkətinin qanunsuz əməllərinə göz yumurlar.

Sosial şəbəkələrdə yayılan şərhlərdə “Binəqədi Park” MMC-nin sahibinin "Hacı" ləqəbli şəxs olduğu bildirilir.

Qeyd edək ki, ötən həftə “Binəqədi Park” MMC-nin vətəndaşlara sənədsiz ev satması barədə ölkə mətbuatında məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda şikayətçilər bildirirdilər ki, “Binəqədi Park” MMC-nin onlara satdığı evlərin sənədləri yoxdur və şirkət dələduzluqla məşğuldur. 

Bizim üçün maraqlı olan odur ki, tikinti normativlərinə yğun və icazəsiz tikilən bu binalarda sabah hər hansı bir fəlakətli hadisə olarsa, o zaman buna görə məsuliyyətli olan dövlət qurumları, Dövlət Şəhərsalma və Arxektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Binəqədi rayon İcra Hakimiyyəti prezidentə nə cavab verəcəklər? 

Unumayaq ki, 2015-ci ildə Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 16 mərtəbəli binanın fasadının alışması nəticəsində baş verən yanğın zamanı 16 nəfər həyatını itirmişdi.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 400




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap