Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır...

Tarix 18.11.25, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) növbədənkənar VIII qurultaya hazırlaşır...

AzFakt.com xəbər verir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, dekabrın 16-da keçirilməsi planlaşdırılan ali tədbir “Alov Qüllələri”ndə olacaq.

Bildirilir ki, qurultayda AHİK sədrinin 2024-2025-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, sədr seçkisi olacaq.

Qeyd edək ki, bu, AHİK-in son 1 ildə ikinci növbədənkənar qurultayıdır. Belə ki, Konfederasiya 2024-cü il avqustun 26-da növbədənkənar VII qurultayını keçirib. Tədbirdə Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verib. Onun yerinə isə Sahib Məmmədov AHİK-in sədri seçilib.

Onu da nəzərə çatdıraq ki, Sahib Məmmədov sədr seçiləndən sonra qurum daxilində ciddi narazılıqların olduğu bildirilir. Bununla bağlı mediada da bəzi məlumatlar yer alıb. Belə ki, S.Məmmədovun idarəçiliyi, tabeliyində olan şəxslərlə davranışları ciddi narazılıq yaradıb. Hətta S.Məmmədovun özü ilə gətirdiyi kadrların bir neçəsi belə qısa zamanda ərizə yazaraq işdən çıxıblar. Bu və bunun kimi səbəblərdən S.Məmmədovun AHİK sədri seçilməsi ilə bağlı da qeyri-müəyyənlik var. Təbii olaraq, bu da hazırkı sədri narahat edir. Hər halda, bütün suallara qurultayda cavab veriləcək.



Xəbərin oxunma sayı : 169




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap