“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vəhdət Partiyasının sədri əlilliyi olan şəxslər günündə xüsusi qayğıya ehtiyacı olanlarla görüşdü - FOTO

Tarix 04.12.25, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Hər bir cəmiyyətin gücü onun ən həssas üzvlərinə göstərdiyi qayğı ilə ölçülür. Əlilliyi olan uşaqlar – autizmli balalar, eşitmə məhdudiyyətli övladlar – bizim gələcəyimizin bir parçası, humanist dəyərlərimizin ən aydın göstəriciləridir. Onlara diqqət və sevgi göstərmək təkcə sosial öhdəlik deyil, hər birimizin mənəvi borcu, insanlıq missiyasıdır.

Bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Beynəlxalq Əlilliyi olan Şəxslər Günü çərçivəsində keçirdiyi görüşlərdə xüsusi vurğulayıb. Partiya sədri və təmsilçiləri əvvəlcə "Orvita” Autizm Evində reabilitasiya alan autizmli uşaqlarla görüşüblər. Mərkəzin rəhbəri Ramidə Oktayqızı uşaqların reabilitasiya prosesləri, xüsusi təhsil proqramları, yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəlmiş dərslər haqqında məlumat verib. Qeyd edib ki, autizm spektrlı uşaqlarda idmanyönümlü bacarıqların formalaşdırılması onlara müsbət təsir göstərir.

Sədr Adəm İsmayıl Bakuvi qeyd edib ki, bu uşaqların dünyası başqa bir dərinlik, başqa bir rəng daşıyır və bu rəngləri görmək, onların potensialını üzə çıxarmaq üçün cəmiyyət daha çox məsuliyyət, daha çox anlayış nümayiş etdirməlidir: "Onların əlindən tutduğumuzda güclənirik. Xüsusi qayğıya ehtiyacı olan hər bir övlad bu ölkənin sərvətidir və onların rahatlığı, təhsili, inkişafı üçün çalışmaq yalnız dövlətin deyil, bütün cəmiyyətin borcudur”.

Partiya sədri Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət dəstəyinin son illər daha da gücləndirildiyini bildirib. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət bu uşaqların təhsilə, sağlamlıq xidmətlərinə və sosial müdafiəyə bərabər çıxışını təmin edən xüsusi proqramlar həyata keçirir.

Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi diqqət yetirdiyi vurğulanıb. Fond tərəfindən Daun, autizm, talassemiya, əqli və fiziki qüsurlu, müxtəlif xəstəlikləri olan uşaqlar üçün müalicə və reabilitasiya mərkəzləri yaradılıb. Mehriban xanım və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva uşaqlara baş çəkir, onların inkişafına dəstək göstərir, əlamətdar günlərdə və bayramlarda onlarla birgə olur, istedadlarını üzə çıxarmağa kömək edirlər.

Ziyarətdə Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ilə yanaşı, yazıçı-publisist Varis Yolçuyev, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin koordinatoru Qəmər Əliyarova və Vəhdət Partiyasının rəsmi nümayəndəsi Natavan Arifqızı da iştirak ediblər. Görüş zamanı autizmli uşaqların sosial inteqrasiyası, təhsil və reabilitasiya imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, qonaqlar  mərkəzdə reabilitasiya alan uşaqların gündəlik məşğələləri, inkişaf proqramları və psixoloji dəstək modelləri ilə yaxından tanış olub. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Daha sonra Vəhdət Partiyasının qərargahında Azərbaycan Karlar Cəmiyyətinin üzvləri ilə görüş keçirilib. Sinxron tərcüməçinin köməyi ilə keçirilən görüşdə cəmiyyətin sədri Bəhram Hüseynov və üzvləri göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar. Eşitmə məhdudiyyəti olan qonaqlar öz gündəlik çətinlikləri, əlçatanlıq, informasiya bərabərliyi və məşğulluq imkanları ilə bağlı problemləri qaldırıblar.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında qeyd edib ki, yeni nəslin sağlam və hərtərəfli inkişafı dövlətin prioritet vəzifələrindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının qorunması, sağlamlığı, təhsili və layiqli vətəndaş kimi inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirilməkdədir. Partiya sədri bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması və təhsil imkanlarının genişləndirilməsi məqsədilə həmçinin Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı layihələr həyata keçirilir. Fondun prezidenti Mehriban Əliyeva və onun qızları Leyla Əliyeva və Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi olaraq görüşür, onların təhsil səviyyəsinin yüksəldilməsi və gündəlik ehtiyaclarının təmin olunmasına xüsusi diqqət yetirirlər.

Partiyanın sədri Adəm İsmayıl Bakuvi görüşdə qaldırılan məsələlərin hər birini dinləyərək birgə sosial layihələrin hazırlanacağını qeyd edib: "Bizim üçün  hər biriniz əvəzsizsiniz. Biz bir yerdə olanda güclüyük, bir yerdə olanda cəmiyyət daha bütöv olur.  Bu gün keçirdiyimiz görüşlər bir daha göstərdi ki, cəmiyyətin ən incə nöqtəsinə toxunmaq, onların yanında olmaq, onlarla birgə addımlamaq həm mənəvi borcumuzdur, həm də daha ədalətli və birləşdirici gələcəyə yönəlmiş çağırışdır”.

Sədr bildirib ki, Vəhdət Partiyası bundan sonra da həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, inklüziv cəmiyyətin qurulması və bərabər imkanların təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

01501701609021011







Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap