“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Gültəkin Hacıbəyli ilə bağlı yeni şok iddia - 320 min dollarlıq əmlak....

Tarix 04.12.25, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Sosial mediada sabiq deputat, Gültəkin Hacıbəyli ilə bağlı yeni iddia yayılıb.

AzFakt.com Musavat.com-a istinadən xəbər verir ki, paylaşımda bildirilir ki, Hacıbəyli qısa zamanda – cəmi iki il ərzində oturum əldə etmək üçün 320 min dollarlıq əmlak alıb.

Paylaşımda bu ifadələr yer alıb:

“Deyəsən bəzi oturumlar sadəcə oturmaq üçün deyil… rahat oturmaq üçündür. Həyat belədir: biri 2 illik oturum almaq üçün növbəyə dayanır, digəri isə növbənin özünü alır”.

Bu məlumat sosial şəbəkələrdə geniş müzakirə olunsa da, iddianı təsdiqləyən rəsmi sənəd və ya açıqlama yoxdur.

Qeyd edək ki, son günlər Gültəkin Hacıbəyli ilə bağlı xəbərlərin artmasının səbəbi onun 30 noyabr 2025-ci ildə İstanbulda saxlanılmasıdır. Türkiyə polisi onun İstanbulda kirayə qaldığı mənzilə gəlib, Hacıbəylini bölməyə aparıb. Daha sonra o, Arnavutköy Deportasiya Mərkəzinə yerləşdirilib. Prosesin “Ramiz Mehdiyev işi” çərçivəsində aparıldığı bildirilir. Deportasiya qərarı hələ tam icra olunmayıb, hüquqi prosedurlar davam edir. Bu hadisələr fonunda onun əmlakı və yaşayış icazəsi ilə bağlı yeni iddialar yenidən gündəmə gəlib.

Məlumat üçün bildirək ki, Gültəkin Hacıbəyli 1973-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2010–2015-ci illərdə deputat olub. Parlamentdə İnsan hüquqları və Dövlət quruculuğu komitələrində fəaliyyət göstərib. Son illərdə müxalifətçi mövqedə çıxışları ilə tanınıb. Kütləvi informasiya vasitələrində daha əvvəl də onun milyonluq mülklərə sahib olması barədə müxtəlif iddialar yayılsa da, bu barədə dəqiq və təsdiqli sənədlər ictimaiyyətə təqdim olunmayıb.
Bakupost.az
Bakupost.az



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap