“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Saleh Məmmədovun idarə rəisi də dəbdəbəli toy etdi:Dəvətnamə 50, masa 500, müğənnilər isə 200 min AZN…

Tarix 12.11.25, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gündür, təmtəraqlı toyları ilə müzakirə obyektinə çevrilən Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) növbəti dəfə də dəbdəbəli xeyir işlə gündəmə gəlib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun səs-küy yaradan bahalı toyundan sonra qurumun Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də “Böyük Saray”da oğlu Sənan Həmzəyevə toy edib.

Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var

Açıklama yok.
Müseyib Həmzəyev

Məlumatlarda sözügedən toy üçün dəvətnamənin birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu deyilir. Bildirilir ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş.

Toya dəvət olunan müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. ⁠Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.

Toy mərasimlərinin bu cür keçirilməsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Bildirilir ki, məmur maaşı ilə belə təmtəraqlı toy etmək mümkün deyil.

Qeyd: Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan "Bakı 1 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda MMC-nin 715 318 AZN vergi borcu var.

Xatırlatma: AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun toyu da bir neçə gün öncə gündəm olub. Təkcə müğənnilərdən Aygün Kazımova, Röya Ayxan və digər məşhur səhnə ulduzlarına 150 min manat ödənilib. Həmin toy məclisi Bakının hazırda ən dəbdəbəli, bahalı məkanlarından biri olan “Elux Events Hall”da keçirilib. Dəvət olunanlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Bildirilir ki, o, ailə quran cütlüyə 20 min ABŞ dolları dəyərində zinət əşyaları hədiyyə edib.

 



Xəbərin oxunma sayı : 1285




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap