Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Putin ABŞ-nin sülh planını rədd etməyib - Dmitri Peskov

Tarix 03.12.25, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


"Putin ABŞ-nin sülh planını rədd etməyib".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin ABŞ-nin sülh planını rədd etməsi ilə bağlı açıqlama düzgün deyil.

Peskovun fikrincə, Rusiya-ABŞ danışıqları sükut içərisində aparılsa, daha yaxşıdır: "ABŞ ilə danışıqlar nə qədər sakit olarsa, bir o qədər məhsuldar olacaq. Moskva Ukraynada nizamlanmaya nail olmaq səylərinə görə Vaşinqtona minnətdardır. Rusiya nümayəndələri Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün lazım olduğu müddətcə ABŞ həmkarları ilə görüşməyə hazırdırlar".

Kremlin sözçüsü bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı istənilən vaxt mümkündür, lakin hələlik nəticələr ekspert səviyyəsində əldə edilməlidir.

Peskov deyib ki, dünən ilk dəfə Rusiya və ABŞ arasında sülh planı ilə bağlı birbaşa fikir mübadiləsi baş tutub, bəzi məqamlar qəbul edilib, digərləri isə qəbuledilməz hesab edilib: "Kreml ümid edir ki, ABŞ, Rusiya kimi, Ukrayna danışıqları ilə bağlı detalları açıqlamayacaq".



Xəbərin oxunma sayı : 34




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap