Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Ali Məhkəmənin sədri İnam Kərimov Vyetnamda səfərdə olub - FOTOLAR

Tarix 03.12.25, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin 1-3 dekabr tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub.

Vyetnam Ali Xalq Məhkəməsinin dəvəti ilə baş tutan səfər çərçivəsində Vyetnam Ali Xalq Məhkəməsinin sədri Nguyen Van Quang ilə görüş keçirilib. O, qonaqları qəbul etməkdən məmnunluğunu ifadə edərək, bu səfərin iki ölkənin məhkəmələri arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcəyinə əminliyini bildirib. Vyetnam və Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin gələcək əməkdaşlıqlar üçün möhkəm bir baza olduğunu qeyd edən Nguyen Van Quang Vyetnam məhkəmə sistemində son dövrlərdə aparılan islahatlar, məhkəmələrin strukturlaşdırılması, elektron məhkəmə və insan resurslarının inkişafı barədə məlumat verib. Bildirilib ki, Azərbaycan məhkəmə sisteminin, xüsusilə Ali Məhkəmənin təcrübə və biliklərinin öyrənilməsi Vyetnam üçün son dərəcə önəmlidir.

İnam Kərimov öz növbəsində dəvətə görə təşəkkürünü bildirərək, Azərbaycan tərəfinin Vyetnamla məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və məhkəmələrin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. O, eyni zamanda ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni hüquqi təşəbbüslərin müzakirə edilməsi məqsədilə birgə fəaliyyət haqqında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Hanoi Şəhər Xalq Məhkəməsini və Quang Ninh Vilayətinin Xalq Məhkəməsində olub. Qonaqlara məhkəmələrin strukturu, fəaliyyət prinsipləri, iş yükü və illik statistik göstəriciləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Vyetnamdakı Fövqəladə və Səlahiyyətli səfiri Şövqi Mehdizadə də iştirak edib.








Xəbərin oxunma sayı : 67




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap