Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbaycanda ən çox işlədilən mobil telefon markaları - SİYAHI

Tarix 02.12.25, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.

AzFakt.com-un “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, “Samsung" smartfonları bu ilin noyabr ayında mobil cihazlar üzrə 24,96 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.

Cari ilin oktyabr ayına olan göstərici ilə müqayisədə “Samsung" markasının Azərbaycanda bazar payı 0,41 faiz bəndi, 2024-cü ilin noyabr ayına nisbətən isə 9,21 faiz bəndi azalıb.

Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında "Unknown” ikinci yerdə olub. Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 1,91 faiz bəndi azalıb, ötən ilin noyabr ayına nisbətən isə 15 faiz bəndi artaraq 23,8 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Apple” qərarlaşıb. Belə ki, bu brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən 0,45 faiz bəndi, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,84 faiz bəndi artaraq 21,65 faizə bərabər olub.

Siyahıda 4-cü pillədə 18,54 faiz bazar payı ilə “Xiaomi” smartfonları mövqelənib. Bu göstərici isə bir ay əvvəllə müqayisədə 0,67 faiz bəndi çox, ötən ilin eyni dövrünə nisbətən isə 9,27 faiz bəndi azdır.

Bu ilin noyabr ayı üzrə digər smartfonların Azərbaycanda əhatə dairəsinə görə reytinqi aşağıdakı kimi müəyyənləşib:

“Honor” – 4,94 faiz (oktyabr ayına nisbətən 0,6 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,17 faiz bəndi az);

“Huawei” – 1,77 faiz (oktyabr ayına nisbətən 0,33 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,25 faiz bəndi az);

“Oppo” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,12 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,2 faiz bəndi az);

“Realme” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,09 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,04 faiz bəndi çox);

“Infinix” – 0,86 faiz (oktyabr ayına nisbətən 0,07 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Tecno” – 1,16 faiz (oktyabr ayına nisbətən 0,13 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi çox);

“Motorola” – 0,23 faiz (oktyabr ayına nisbətən 0,02 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi az);

“LG” – 0,01 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,03 faiz bəndi az);

“Google” – 0,08 faiz (oktyabr ayına nisbətən 0,7 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,18 faiz bəndi az);

“Lenovo” – 0,06 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Sony” – 0,02 faiz (oktyabr ayına nisbətən 0,01 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi az)

Hesabat dövründə Azərbaycanın smartfon bazarında 0,36 faiz digər markaların payına düşüb.//Trend



Xəbərin oxunma sayı : 61




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap