Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Saxtakarlıq və dələduzluqdur...” – “Yeni Azərbaycan” “Azərbaycan”ı ittiham edir

Tarix 03.12.25, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu bu gün on mininci sayı çap olunan “Azərbaycan” qəzetinin rəhbərliyini saxtakarlıqda və dələduzluqda ittiham edib.

A.Həsənoğlu “facebook”da yazıb ki, vaxtilə Heydər Əliyevin təyyarədə “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilmiş fotosu montaj olunub.

Baş redaktor bu barədə yazır: “Bu gün "Azərbaycan" qəzetinin 10 000-ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik. Təəssüf ki... "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil.

Ulu Öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib. Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür.

Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir? Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir.

Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər!...”



Xəbərin oxunma sayı : 52




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap