Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Trampın Putini ‘təcrid statusundan çıxarması Hindistanın işinə yarayır - Bloomberg

Tarix 03.12.25, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


Putinin Hindistana səfəri Nyu-Dehlinin ABŞ və Rusiya arasında balans saxlamaq qabiliyyətini sınağa çəkəcək…

Bloomberg Agentliyi Rusiya prezidenti Vladimir Putinin Hindistana planlaşdırılan səfərini Nyu-Dehlinin geosiyasi manevr imkanları üçün kritik məqam kimi qiymətləndirib. Agentlik yazır ki, hazırda Hindistanın həm Vaşinqton, həm də Moskva ilə əlaqələri yeni həssas mərhələdədir.

Mənbələrin bildirdiyinə görə, Narendra Modinin hökuməti ABŞ prezidenti Donald Tramp administrasiyası ilə ticarət danışıqlarını yekunlaşdırmağa çox yaxındır. Lakin Putinin səfəri fonunda Hindistan–Rusiya münasibətlərinin nümayişkaranə şəkildə gücləndirilməsi bu hədəfi çətinləşdirə bilər.

Bloomberg vurğulayır ki, Putin bu səfərlə Rusiyanın Qərbdən kənarda da mühüm tərəfdaşları və geniş ticarət bazarları olduğunu göstərmək istəyir.

Hindistan isə Rusiya ilə çoxşaxəli siyasi-iqtisadi əlaqələrə malikdir və bu bağlılıq hələ sovet dövrünə uzanır. Hazırda ABŞ sanksiyaları və Vaşinqtonun təzyiqləri səbəbindən Hindistanın Rusiya enerjisi ilə ticarət dövriyyəsi risk altındadır — halbuki bu ticarət həm Hindistan iqtisadiyyatına sərfəlidir, həm də Moskva üçün həyati əhəmiyyət daşıyır.

Putinin səfəri eyni zamanda Narendra Modinin müstəqil geosiyasi kurs aparmaq bacarığını nümayiş etdirməsi üçün fürsət kimi qiymətləndirilir.

“ABŞ Trampın rəhbərliyi altında daha çox izolyasionist və tranzaksion siyasət yürüdür, ABŞ–Çin münasibətləri kəskin olaraq gərgin qalır. Belə şəraitdə Hindistan Rusiya, Yaponiya, BƏƏ və Aİ kimi ‘orta güclərlə’ əlaqələrini dərinləşdirməyə çalışır… Və Hindistana kömək edən əsas məqamlardan biri də Trampın Alyaskadakı sammitlə Putindən ‘izqoy’ statusunu artıq çıxarmasıdır”, deyə Eurasia Group-un Cənubi Asiya üzrə rəhbəri Pramit Pal Çaudhuri Bloomberg-ə bildirb.

Danışıqların formal gündəliyi ticarət məsələləridir. Lakin Bloomberg qeyd edir ki, ən həssas və mürəkkəb başlıqlar enerji və müdafiə sahələridir və hər iki istiqamət Tramp administrasiyasının sıx təzyiq altında saxladığı sahələrdir. Bazarda sanksiyanın yaratdığı çətinliklər fonunda hər hansı razılaşmanın əldə edilməsi çoxsaylı hüquqi və maliyyə baryerlərini aşmağı tələb edəcək.



Xəbərin oxunma sayı : 40




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap