| |
|
Kamran Ağayevlə bağlı inanılmaz iddialar: Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir?..
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
“Oğlum hələ uşaq idi, meyiti yox etməli idik...” - Tanınmış həkimin qızı
Tarix 04.12.25, 15:25 |
|
Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb.
Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanət Hüseynova 41 yaşlı əri Röyal Hüseynovun qətlindən sonra 2 günə yaxın şübhəli şəxs kimi saxlanılıb, hadisənin 15 yaşlı oğlu tərəfindən törədildiyi ortaya çıxandan sonra isə sərbəst buraxılıb. Yeniyetmə istintaqın sonunda atasının ölümünə görə 10 il azadlıqdan məhrum edilib.
Mətanət məhkəmədə oğlunun onun yanında törətdiyi tükürpədici cinayət hadisəsinin necə baş verməsindən danışıb.
Bu epizod həddən artıq ağır olduğu üçün yeniyetmə oğlun atasını necə öldürməsi barədə qadının dediklərini tam təqdim edə bilmirik.
Qadının sözlərinə görə, hadisə baş verən vaxta kimi əri və 2 övladı ilə birgə Salyanın Yeni Uluxanlı kəndindəki fermada yaşayıb, çobanlıqla məşğul olublar.

Son illərdə isə əri pis vərdişlərə qurşandığı üçün ona əzab verib: “Röyal sonuncu dəfə qoyunları yaxşı ayıra bilmədiyimə görə məni təpik-yumruqla döyüb yerə yıxdı. Bununla da hirsi soyumayaraq kürəyimə təpik vurdu. Həmin gün anama zəng edib dedim ki, gəlib məni aparın. Amma mənə sahib çıxmadılar. Hətta bir ara fikirləşdim ki, Röyaldan canımı qurtarmaq üçün narkotik istifadə etdiyi barədə polisə məlumat verim. Fikirləşirdim ki, buna görə onu tutarlar, rahatlaşarıq. Oğlum sonuncu dəfə Röyalın məni bərk döydüyünü gördüyü üçün “Ana, narahat olma, səni onun əlindən qurtaracağam” demişdi. Amma dediyini edəcəyi heç ağlıma gəlməzdi…”
Mətanət hakimə deyib ki, cinayət baş verən günü də əri onu bərk döyüb. Həmin vaxt artıq səbir edə bilməyən oğlu evdəki ov tüfəngini götürərək atasını güllələyib: “Oğlumun belə bir şey edəcəyini düşünməzdim. Həmin an nə edəcəyimizi bilmədik. Ən birinci digər otaqda yatan azyaşlı qızımın hadisədən xəbər tutmamasına çalışdıq. Onu otaqdan çölə çıxmağa qoymadıq. Bundan sonra nə edəcəyimizi düşündük. Oğlum hələ uşaq idi, qətl törətdiyini deyə bilməzdim. Belə olan halda meyiti yox etməli idik. Ətrafda kameralar olduğu üçün meyiti bir neçə hissəyə ayırıb torbada aparmağı fikirləşdik. Elə belə də etdik. Oğlum əvvəlcə bıçaqla meyitin ayaqlarını kəsdi. Sonra isə balta ilə bir neçə yerə ayırdı. Başını kəsmək istəyəndə isə onu saxladım.

Bundan sonra cəsədi “meşok”a yığdıq, atın belinə qoyub aparıb kənddən kənardakı kollektora atdıq. Evə qayıdan kimi isə əvvəlcə tüfəngi odun sobasına atıb böyük hissəsini yandırdım, sonra da DİN-in 102-qaynar xəttinə zəng edib ərimin itkin düşdüyünü dedim. Amma bir neçə gün sonra polisdə bizə qarşı şübhələr yarandı. Əvvəlcə məni saxladılar, iki gün sonra isə oğlum etiraf etdi, onu həbs etdilər. 5 ay əvvəl də oğluma 10 il iş verdilər. Kaş ki bu hadisələr olmazdı. Hər şeyə görə peşmanam”.
Atasını öldürən yeniyetmə də anasının məhkəməsində şahid kimi ifadə verib. O da hər şeyi olduğu kimi danışıb.
Məhkəmə yekunda Mətanət Hüseynovanı ağır cinayətdən xəbərdar olub gizlətməkdə təqsirli bilib.
Qanun deyir ki, bu cinayətdə təqsirli bilinən şəxs 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməlidir. Lakin hakim Vəsilə Əliyeva həmcinsini həbslə cəzalandırmağı ədalətli hesab etməyib. Təqsirləndirilən şəxsin hazırda himayəsində iki azyaşlı övladının olması, yeniyetmə oğlunun isə məhkum edilməsi yumşaldıcı hallar hesab edilib. Hakim hökmündə qeyd edib ki, ana həbs edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər. Bu səbəbdən şərti məhkum edilməsi tam ədalətli və humanist olar, həmçinin islah edilməsi üçün kifayət edər. Yekun olaraq Mətanətə 2 illik şərti cəza verilib.
Məlumat üçün bildirək ki, təqsirləndirilən qadın Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. Hadisə vaxtı həkim qızını 15 ildir görmədiyini, arxasınca getmək fikrinin də olmadığını açıqlamışdı.
Xəbərin oxunma sayı : 316
Kriminal
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu - Yarım milyon mənimsəyib
-
“İvanovka”da yoxlama - Məhsul satışı qadağan olundu
-
Ceyhun Bayramov Vyanada - Kaya Kallasla görüş olub
-
“Tramp marşrutunun reallaşdırılmasına nail olacağıq“ - Paşinyan
-
Vəhdət Partiyasının sədri əlilliyi olan şəxslər günündə xüsusi qayğıya ehtiyacı olanlarla görüşdü - FOTO
-
“Oğlum hələ uşaq idi, meyiti yox etməli idik...” - Tanınmış həkimin qızı
-
Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu: Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
-
Arxektura Komitəsi, FHN və İcra hakimiyyəti “Binəqədi Park” MMC-nin tikdiyi qanunsuz binaları görmürlər? - FOTOLAR
-
“Erməni Kilsəsinə II Qareginin mövcudluğu böyük zərər verir“ - Paşinyan
-
Gültəkin Hacıbəyli ilə bağlı yeni şok iddia - 320 min dollarlıq əmlak....
-
Bu deputatların mandatı ləğv ediləcək - Nizamnamədə dəyişiklik edildi
-
Azərbaycanda yeni mükafat təsis ediəcək - Məbləği 50 min manat olacaq
-
Torpağa görə əmisi oğlunu bıçaqladı - Təfərrüat
-
Ramiz Mehdiyev akademikliyi ləvğ olunur - İsa Həbibbəylidən açıqlama
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ən çox harda qeydə alınıb? - CƏDVƏL
-
“Passiv” şirkətlə 3 milyonluq müqavilə: Xocavənddə biri 59 minə 50 ev təmir edəcək
-
Bəzi yerlərdə leysan xarakterli yağış yağacaq - Sabahın havası
-
Xanım direktoru xidməti otağında döyən fəhlə həbs olundu - Uğursuz sevgi...
-
Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - Fotolar
-
Qarabağa səfər edənlər orada nə qədər pul xərcləyiblər? - Rayonlar üzrə siyahı
-
Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində - Hökm oxundu
-
Şamaxıda qəzalı vəziyyətdə olan bina təhlükə yaradır - VİDEO
-
Rusiya Donbassı və Novorossiyanı azad edəcək - PUTİN
-
Zaqatala rayonuna qar yağır - FAKTİKİ HAVA
-
Şəmkirdə mikroavtobus su kanalına aşdı -12 nəfər xəsarət alıb
-
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - İki təyinat etdi
-
Bəzi özəl bağçalar qiymətləri artırıb - VİDEO
-
Marketlərdə satılan polietilen torbaların qiyməti niyə artıb? - VİDEO
-
Ceyhun Bayramov və Hakan Fidan görüşdü - Vyanada
-
“Təcili yardıma zəng etdik, dedilər, maşın yoxdur“ - VİDEO
-
Bu avtobus dayanacağı sərnişinlər üçün təhlükəlidir - VİDEO
-
Azərbaycanda ən çox qazanan otellər bu rayonlardadır - CƏDVƏL
-
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərin aqibəti necə olacaq? - VİDEO
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
İlin ən yaxşı hücumçusu adına namizədlər bəlli oldu - Holand kənarda qaldı
-
Xətai rayonunda yerləşən restoranda yanğın olub - VİDEO
-
“Saxtakarlıq və dələduzluqdur...” – “Yeni Azərbaycan” “Azərbaycan”ı ittiham edir
-
Banklar belə dollarları qəbul etmirlər - VİDEO
-
İsgəndəri öldürüb bədənini hissələrə ayırıblar...- Bakıda qətl
-
Gültəkin Hacıbəyli açıqlama yaydı: Burdayam, hazırlıq gedir...
-
Trampın Putini ‘təcrid statusundan çıxarması Hindistanın işinə yarayır - Bloomberg
-
XİN-də dəyişiklik - Keçmiş səfir idarə rəisi təyin olundu
-
Qazaxıstan niqabı qadağan edir: “Ənənələrdə əks olunmur“
-
Putin Trampın elçilərini 3 saat gözlədib - Və əvvəlki tələblərini təkrarlayıb
-
“Uğur qazanmaq asandır, insan qalmaq isə çətin...” - Nura Suri
-
Ağdam rayonunda abadlıq işləri aparılacaq - 3.2 milyonluq
-
Sabah paytaxtın bu ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
İçki içdi, “TikTok“da icra başçısını təhqir etdi - Həbs olundu
-
“Əgər bir cəllad görmək istəyirsənsə, aynaya bax“ - Ərdoğan + VİDEO
-
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - QƏRAR
-
Yüzlərlə saxta sahibkarlıq subyekti qeydə alınıb - Baş Prokurorluq video yaydı
-
Ağdərədə mina partladı: 55 yaşlı şəxs yaralandı
-
Maduro gecələri fərqli yerlərdə keçirir və telefonlarını tez-tez dəyişir - “The New York Times“
-
Yağıntılı hava dekabrın 5-ə kimi davam edəcək - XƏBƏRDARLIQ
-
Baş prokuror ABŞ-də rəsmi səfərdə olub - FOTOLAR
-
SOCAR-da növbəti təyinat - Rövşən Nəcəf özünə yeni müşavir götürüb
-
Azərbaycan-ABŞ-Pakistan orduları təlimdə - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% ucuzlaşdırmalıdır...” - Natiq Cəfərli
-
“Nar“ inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir - FOTO/VİDEO
-
“İranın nüvə obyektlərini 24 saatda məhv etdik“ - Rubio
-
Məktəbləri bu şirkət təmir edəcək - 4,3 milyonluq tender
-
Hamilələrin məzuniyyəti ilə bağlı - Qanun dəyişir
-
Putin ABŞ-nin sülh planını rədd etməyib - Dmitri Peskov
-
MİDA mənzillərini qanunsuz satanlar saxlanıldı - FOTO
-
Sumqayıtın təcili yardım xidmətində həkim çatışmazlığı var? - ŞİKAYƏT
-
Ali Məhkəmənin sədri İnam Kərimov Vyetnamda səfərdə olub - FOTOLAR
-
Pakistan-Əfqanıstan sərhədi yaxınlığında partlayış: Polis əməkdaşları həlak oldular
-
123 ölkə İsrailə qarşı birləşdi - Suriya məsələsinə görə
-
Bakıda 3 otaqlı mənzilin təmiri üçün nə qədər pul lazımdır? - Araşdırma
-
Sabah bəzi yerlərdə çiskin olacaq - PROQNOZ
-
ABŞ-ın xüsusi nümayəndələrinin Putinlə danışıqları nəticəsiz başa çatdı - Politico
-
Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər - “Bloomberg”
-
“Söküntü aparılan ərazidə qazsız qaldılar“ - ŞİKAYƏT/VİDEO
-
Çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi müayinəsinə dair YENİ PROSEDUR
-
ABŞ-ın briqada generalı Azərbaycana gəlib - FOTOLAR
-
Bakıda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb - Rəsmi
-
Xətai rayonunda qanunsuz tikintilər - Rafiq Quliyevin sonunu gətirir
-
“ABŞ tərəfindən istənilən hücum müharibənin başlanğıcı olacaq“ - Qustavo Petro
-
Direktor 70-ci maddə ilə çıxarılmışdı - İşə bərpa edildi
-
Məmur oğlu atasının Londonda aldığı evi girov qoyub - FOTO
-
“Böyüklərin sözü ilə ailə qurduğum üçün peşmanam” - Aygül
-
“ABŞ-ın növbəti prezidenti Vens olacaq” - İlon Mask
-
Tələbələr “tələbə plus“ kartlarındakı güzəştlərdən narazıdır - VİDEO
-
Bəzi yerlərdə qarın hündürlüyü 3 sm-ə çatıb - FAKTİKİ HAVA
-
Sakinlər istiliyə görə həyətdə ocaq qaladılar: MTK binanı niyə təhvil vermir?
-
“BOKT”ların banklardan aşağı faizlə kredit təklif etməsi realdır? - VİDEO
-
Paytaxtın Qaradağ rayonunda maşın yandı - Sürücü öldü
-
Marketlərdə satılan polietilen torbaların qiyməti niyə artıb? - VİDEO
-
“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan
-
Azərbaycan futbolunda böyük qalmaqal - Klub bilərəkdən Hepatit B-li futbolçunu oynadır
-
“Müəllim seçimində fikir ayrılığından 16 şagir əziyyət çəkir” - VİDEO
-
Ödənişli yolda xüsusi radarlar: Xüsusiyyətləri açıqlandı (VİDEO)
-
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat oldu - Qərar verildi
-
ABŞ artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmir - Tramp
-
Kimlər güzəştli mənzil əldə edə bilər? - Kateqoriyalar
-
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır” - Mesut Özil
-
Azərbaycanda və qonşu ölkələrdə əməkhaqqı və gəlir vergisi nə qədərdir? - Araşdırma
-
XİN kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib - Əsədov Qərar imzalayıb
-
“Sədəqə toplayıb İŞİD-ə göndərirdim“ - MƏHKƏMƏ
-
Azərbaycanda ən çox işlədilən mobil telefon markaları - SİYAHI
-
“Əgər Avropa bizimlə döyüşmək istəsə...” - Putin mümkün planı açıqladı
-
Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı - Qəza törətdi
-
“Nurgün Holdinq”in müammalı fəaliyyəti: Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir?
-
Sabunçu bazarında reyd - Nöqsanlar aşkarlandı (VİDEO)
-
“Məlhəm Hospital“da yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı
-
“Əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq“ - Sahil Babayev
-
Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq
-
Vardanyanın məhkəməsi: zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
-
Polisin saxladığı narkokuryerdən 13 kiloqram marixuana aşkarlandı -VİDEO
-
Təhsil müəssisələrinin akkreditasiyası... - Qaydalar dəyişdi
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Türkiyə generalları görüşdü - FOTO
-
Son 5 ildə ölkədə 311 min yeni iş yeri açılıb - CƏDVƏL
-
Kəlbəcər, Laçın və Daşkəsənə qar yağır - Faktiki hava
-
Bu şəxslər 16 manatı ödəməyəcək - Nazir açıqladı
-
Mehdiyev Rusiyadakı bu görüşlərə oğlunu da aparırmış - FOTOLAR
-
Arda Turan rəqib məşqçiyə hücum çəkdi - “Peşman deyiləm”
TOP 10
ARXİV






