Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Məmur oğlu atasının Londonda aldığı evi girov qoyub - FOTO

Tarix 03.12.25, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini (2006-cı ildən) Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub...

AzFakt.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
"Qudalar Agentliyi"nin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini (2006-cı ildən) Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub.

Aşiq Aslanov avqustun 27-də İngiltərənin MT FINANCE LIMITED şirkətindən yüksək faizlə (10.2 % Avropa üçün yuxarı göstəricidir) 1 il ərzində geri ödəmək şərtilə 235 min 950 funt (530 min manata yaxın) pul götürüb. Bu kredit Egham şəhərindəki 1a Wetton Court (Title No. SY793665) ünvanındakı daşınmaz əmlak üzərində girov (charge) yaradılması ilə təmin edilib.

Bu gün isə dekabrın 2-də isə Londonda Rafiq Aslanovun oğluna məxsus bahalı maşınlar kirayəsi verən PERFOCARS LIMITED şirkəti fəaliyyətini dayandırıb. Bu günlərdə həmçinin Afiq Aslanovun 2016-cı ildən Londonda fəaliyyətdə olan digər şirkəti- G.V.B Ltd., Harrow ilə bağlı “Petitions to Wind Up (Companies)" , yəni şirkəti məcburi şəkildə bağlamaq üçün verilən məhkəmə iddiası qaldırılıb.

Yüksək məbləğdə borcun və maşınların satılmasının səbəbi bəlli deyil.

Görəsən, su olmasa cənab Aslanovun oğlu bir ilə yarım milyonu qaytara biləcəkmi?

Qeyd: "Qudalar Agentliyi" Zaur Mikayilovun sədri olduğu Dövlət Su Ehtiyatları Agentliyinin qeyri-rəsmi adıdır.", deyə Cavanşir Həsənli yazıb.







Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap