“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Təcili yardıma zəng etdik, dedilər, maşın yoxdur“ - VİDEO

Tarix 04.12.25, 9:27

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Balaxanı qəsəbəsində yaşayan Raziyə Məmmədova təcili tibbi yardımdan şikayətçidir.

Xezerxeber.az-ın məlumatına görə, Raziyə Məmmədova iddia edir ki, 2 gün əvvəl saat 23 radələrində bacısı Təranə Haşımovanın səhhəti pisləşdiyi üçün 103 çağrı mərkəzinə müraciət edib. Özü də dəfələrlə.

Nəhayət gecə saat 2 radələrində gələn təcili yardım əməkdaşları xəstənin vəziyyətini nəzarət altına almağı bacarıb və ona yardım göstəriblər. Gecikdiklərinin də fərqində olan tibb işçilərinin gecikmə səbəbi də ailəni təəccübləndirib.

“Srağagün birdən-birə bacımın halı pisləşdi. Təzyiqi, qızdırması qalxdı, titrəyirdi. Saat 12-yə 10 dəqiqə qalmış təcili yardıma zəng etdik. Gözlədik, gəlib çıxmadı. İkinci dəfə yığdıq, dedilər maşın yoxdu, gələcək. Yenə gözlədik, gəlmədi. Məcbur olduq, TƏBİB-ə  yığdıq, yenə gəlmədi. Saat 2-yə qalmış, 2-nin yarısı olardı gəlib çıxdı. O vaxta qədər təzyiq 220/140 qızdırma da 39-a qalxmışdı”, - deyə Raziyə Məmmədova bildirib.

Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, məsələ aidiyyəti üzrə yönləndirilərək araşdırılır.






Xəbərin oxunma sayı : 58




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap