| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL
Tarix 09.05.24, 18:33 |
|
Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyasının başlanması, artıq 40 sərhəd dirəyinin qurulması bir sıra mətləblərdən xəbər verir. Bununla yanaşı, son dövrlər Ermənistanın siyasi elitasının, xüsusən də Nikol Paşinyanın sülh müqaviləsi və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bəyanatları da iki ölkə arasında münasibətlərin normallaşma prosesinin elə də uzaqda olmadığına işarə edir.
Eyni zamanda Azərbaycan parlamentində Nikol Paşinyanın COP29 kimi mötəbər tədbirə dəvət edilməsi ilə bağlı səsləndirilən fikir də hadisələrin müsbət tendensiyada davam etməsinə dəlalət edir. Təbii ki, belə bir proses bəzi güclərin və mərkəzlərin planlarını alt-üst edəcək. Bu səbəbdən də prosesi baltalamaq, ləngitmək üçün müxtəlif üsullara əl atılır. Bunların başında isə Ermənistanın Tavuş vilayəti yeparxiyasının rəhbəri Baqrat Srbazan dayanır. Bir müddətdir Tavuş rayonunda iki kənd arasında var-gəl edərək, öz aləmində etiraz aksiyası keçirən və Robert Koçaryanın fraksiyasına məxsus deputatlarla təxribatlar törədən din xadimi artıq marşrutunu dəyişib və İrəvana doğru yürüş keçirir. Bəs Baqratı İrəvana cəlb edən səbəblər hansılardır?
İlk olaraq, söyləmək lazımdır ki, iki həftəyə yaxın Tavuş vilayətində keçirilən aksiyalar heç bir nəticə verməyib. Gözlənilənin əksinə olaraq, 5-10 nəfər yerli sakini və Koçaryanın deputatlarını nəzərə almasaq, aksiyalar heç bir kütləvi xarakter almayıb.
Bundan əlavə, Kirants və Voskepar kəndlərinin nümayəndələri bildiriblər ki, delimitasiya prosesindən razıdırlar. Bildirilir ki, sözügedən ərazidə sərhədin müəyyənləşdirilməsi prosesi uğurla həyata keçirilib. Belə olduğu halda isə Baqratın kimin adından etiraz etdiyi, hansı məqsədə qulluq etməsi barədə suallar yaranır. Çünki Ermənistanda etirazları imitasiya etmək, əsas məqsədi müəyyənləşdirmək, bu proseslərin hansı dairələrə xidmət etməsi barədə çoxlu açıq suallar var.
Hətta Voskepar kəndinin nümayəndəsi bildirib ki, Baqratın nə uğrunda mübarizə apardığı sual altındadır. Bu hadisələrin fonunda isə təbii ki, Srbazan başının dəstəsi ilə aradan çıxmalı, nəzərdən itməli idi. Bu səbəbdən də İrəvan yürüşünə bu kontekstdən yanaşmaq lazımdır. Beləliklə, Tavuşda dəstək ala bilməyən, biabırçılığa məhkum olan yepiskop istiqaməti paytaxta çevirib.
Burada kütləvi mitinqlər keçirmək, təxribat törətmək daha asan görünür. Bundan əlavə, Qalstanyanın Koçaryanla gizli görüşünü də unutmaq olmaz. Ermənistanın ikinci prezidentinin ofisi belə bir görüşün keçirildiyini hər nə qədər təkzib etsə də, KİV-də kifayət qədər materiala rast gəlmək mümkündür. İkili görüşdə uğursuz etirazı İrəvana yönəltmək, 2018-ci il ssenarisini təkrarlamağı qərara alıb.
Bu qərara həm də geriçəkilmə planı kimi də yanaşmaq olar. Əslində etiraz aksiyası başladığı yerdə də bitməli idi. Amma görünür, müəyyən qüvvələr finalı İrəvan üçün fikirləşiblər. Bununla da Srbazan özünü təmizə çıxaracaq, “ali məqsəd”ə çatmaq üçün hər şeyi sınaqdan keçirdiyini bildirəcək. Ssenariyə görə isə, Baqrat və Koçaryan dəstəsi 2018-ci ilin məlum hadisəsini təkrarlamaq, hakimiyyəti ələ keçirmək istəyirlər. Təbii ki, ictimai dəstək və xalqın etimadı olmadan İrəvanda bunu həyata keçirmək qeyri-mümkündür. Eyni zamanda müxalifətin zəifliyi, vahid proqramının olmaması, vəzifə davası güdməsi də sadə erməni vətəndaşının nəzərindən yayınmayıb.
Bununla belə, İrəvanda planlaşdırılan mitinq və aksiya müxalifətin də son ümididir və bu səbəbdən də müxtəlif şəxslər hərəkata qoşulmaq qərarına gəliblər. Məsələn, keçmiş MTN şefi Artur Vanetsyan, siyasətçi Eduard Şarmazanov, hazırda Moskvada Kremlin himayəsində yaşayan, Ermənistanda axtarışda olan Miqran Poqosyan, keçmiş müdafiə naziri Arşak Karapetyan, Mikael Ambartsumyan, Tiqran Urixanyan, Artaşes Qeqamyan, Ayka Babuxanyan kimi şəxslər də dəstəklərini ifadə ediblər.
Eyni zamanda qeyd etmək yerinə düşər ki, artıq erməni kilsəsi də aksiyaya və Baqrata dəstəyini ifadə edib. Ümumi bəyanatla yanaşı, Şirak yepiskopu da yürüşə qoşulanlardandır. Hazırda ABŞ-də yaşayan, Qarabağdakı separatçı rejimin arxiyepiskopu Parqev Martirosyan da Baqratın mübarizəsinə qoşulduğunu elan edib. Amma Birləşmiş Ştatlarda bir villadakı yaşıllıqda açılan zəngin süfrədən dəstək ifadə etmək hansı məntiqə uyğundur, bunu yəqin ki, Parqevin özü də bilmir. Kilsənin bəyanatından sonra bu şəxsin də “dəstək” ifadəsi küləyin hansı səmtdən əsdiyinə işarədir.
Eyni zamanda Kəlbəcər rayonundakı Xudavəng alban monastrına yiyələnmək üçün avtomatla şəkil çəkdirən, ölənə qədər ərazini tərk etməyəcəyini bildirən, sonra isə biabırçı şəkildə Ermənistana qaçan Ohanes Ohanesyanın da adını çəkmək yerinə düşər. Hazırda İrəvandakı kilsələrin birinə sığınan Ohanes də Srbazana qoşulduğunu bildirib və Qarabağ ermənilərini də aksiyaya səsləyib. Maraqlıdır ki, iki həftədir davam edən aksiyalarda gözədəyən Qarabağ ermənisi olmayıb. Bir-iki nəfərin iştirakını və separatçı rejimin deputatlıq həsrətini çəkən, özünün də başa düşmədiyi şeiriyyatla bəyanat səsləndirən Metakse Akopyandan başqa, Srbazan barədə fikir səsləndirən nəzərə dəyməyib.
Tavuş yepiskopu isə 50-100 nəfərdən ibarət dəstə və onları müşayiət edən bir neçə avtomobillə müxalifətə məxsus media səhifələrində “fəğan edir”. Məlum olub ki, İrəvan-Göyçə şose yolunda ixtiyarlarında olan avtomobillərlə yolu bağlayıblar və yaranan süni tıxacı yürüş kimi təqdim ediblər. Amma sonradan çəmənlikdə piknik edərkən çəkilən fotoları onları ifşa edib. Fotolardan isə görünür ki, aksiyaya qoşulanların sayı heç yüz nəfərə çatmır. Tıxaclarda ilişib qalan sakinlər isə Srbazanı “xoş sözlərlə” yad etməkdən belə çəkinməyiblər.
“Vətən naminə Tavuş” hərəkatı isə İrəvana çatmaq üzrədir və yol boyu verilən bəyanatlardan biri diqqəti cəlb edib. Aksiyaya qoşulan din xadimləri jurnalistlərə dəfələrlə qeyd ediblər ki, din xadiminə qarşı zor gücdən istifadə etmək biabırçılıq olacaq. Bu isə artıq hansısa planın tərtibindən və məhz yürüş zamanı təxribat məqsədli zor gücə baş vurulacağından xəbər verir. Ehtimal edilir ki, yürüş iştirakçıları hansısa binanı tutmağa və ya hökumət nümayəndələrinə hücum planlaşdırırlar. Bu adamlar özləri ruhanilərə qarşı güc tətbiqi hallarının olmadığını iddia edirlərsə, niyə güc tətbiqindən danışmağa başlayıblar? Maraqlı suallar çoxdur və 9 may tarixində Srbazan-Koçaryan ittifaqının növbəti planı suya düşəcək... (“Report”)
Xəbərin oxunma sayı : 1315
Analiz
Xəbərlər
-
Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB
-
Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
-
Azərbaycandan Ukraynaya dəstək: 40 ton avadanlıq göndərildi
-
“E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda
-
AAYDA-da daha bir dəyişiklik - Sədr özünə yeni müaşvir götürdü
-
Bakıda külək, rayonlarda leysan olacaq - Sabahın havası
-
Tramp və Vensin dəfn mərasimindəki görüntüləri gündəm oldu - VİDEO
-
“Azərişıq”da kadr dəyişikliyi: Vüqar Əhmədov əmr imzaladı
-
Dünyanın ən borclu ölkələri açıqlandı - SİYAHI
-
Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA
-
Azərbaycanda kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - Açıqlama
-
İran Ukraynaya raket atmaq istəyib - Tehran son anda fikrindən niyə daşınıb?
-
Britaniya baş nazirindən İnfantinoya sərt etiraz: “Futbol satıla bilməz“
-
Evi dağılan sakin üçün müvəqqəti çadır quruldu - VİDEO
-
Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur - Teymur Musayev
-
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
-
“Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək“ - Ərdoğan
-
Mənzildə çatışmayan sahənin pulunu şirkətdən geri ala bilərsiniz - Qanun nə deyir?
-
Azərbaycanda ətin qiymətində dəyişiklik var? - VİDEO
-
Nəsimi rayonunda aylardır qazılan yol təmir edilmir - VİDEO
-
Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib - Vəziyyəti ağırdır
-
Bir neçə metr məsafədə tikilən 18 mərtəbəli bina evlərinə təhlükə yaradır - VİDEO
-
Mərdəkanda yeniyetmələrdən dənizdə batdı - Biri xilas edildi, digəri axtarılır
-
“Sabah“ tarix yazdı: İlk dəfə avrokubokların əsas mərhələsinə yüksəldi
-
700 bal toplayaraq IV ixtisas qrupunun lideri olan abituriyent danışdı - VİDEO
-
Ərazi turizm zonasıdır deyilərək sənədi olan evi söküldü - VİDEO
-
Zərəri az olan qəzalarda nəqliyyat vasitələrini kənara çəkməyə icazə verilir? - VİDEO
-
697,5 bal toplayan Aysu: “Hədəfim 700 bal idi“
-
Sığorta yığımlarının 84%-i iki şirkətin payına düşüb - Tam siyahı
-
Arayikgilin apellyasiya məhkəməsində çıxışlar başa çatdı - Fotolar
-
Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər - Ağ Evdə
-
Qusar yollarında 10 manatlıq “Biznes Klas“ - 839 min manatlıq tenderin sirli qalibi
-
ABŞ İranın enerji obyektlərinə zərbə endirməyə icazə vermir - Kats
-
Ermənistanın ən böyük vergi ödəyiciləri açıqlandı - Rusiya şirkətləri ilk onluqda
-
Ərdoğandan “AHBAP“ olayı ilə bağlı ilk açıqlama - “Fürsətcillik edənlər ədalət qarşısında cavab verir“
-
12 iyul imtahanın nəticələri açıqlandı - 17 nəfər 400 bal topladı
-
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - Siyahı
-
Sertifikasiyadan keçənlərə şad xəbər - Beş səhv sual müəllimlərin xeyrinə hesablandı
-
MKİ və “Mossad” Xameneini axtarır – “The Times”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb - FHN
-
Zidan milli komandaya baş məşqçi təyin olundu - 4 illik müqaviləyə imza atdı
-
“Silahları ayaqqabıların arxasında gizlətmişdim” - Şagirdin atası haqda qərar verildi
-
Onlarla sahibkarın fəaliyyəti dayandı: “Nə kompensasiya var, nə də alternativ yer”
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - DOSYE - FOTO
-
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? – Siyahı
-
Türkiyə şirkətində 1 milyon dollar oğurluq - Azərbaycanlı xəzinədar 10 il həbs olundu
-
Hörmüz boğazının idarəedilməsi: Omandan İrana yeni təklif
-
Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Məşhurların narkotik qalmaqalı böyüyür - Ekspertiza nəticələri açıqlandı
-
“Haber Global” əl dəyişə bilər - Kanal ətrafında nələr baş verir?
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
-
Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Üzeyir Abas saxlanıldı - Dini inancları təhqir edrdi
-
Moldovada yanacaq böhranı: 30 günlük “həyəcan rejimi“ elan edildi
-
Bakı və Abşeronun bəzi qəsəbələrində iki gün su olmayacaq - Xəbərdarlıq
-
Trampın gündəliyi açıqlandı: Zelenski və Netanyahu ilə görüşəcək
-
XİN-dən Zaxarovaya sərt cavab: “Bu, reallığın təhrif olunmasıdır“
-
Bu şəxslərə 3 il müavinət veriləcək - Deputat açıqladı
-
64 min manatlıq vəzifə fırıldağı - Təqsirləndirilənlərə hökm oxundu
-
“Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam“ - Tramp
-
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - ŞİKAYƏT
-
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü - 540 min manata
-
İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanını hədələdi - “Sərt cavab veriləcək“
-
Bakıda bəy-gəlin rəqslərinin qiymətləri - SİYAHI
-
Azərbaycan nefti neçəyə satılır? - Yeni qiymət
-
“Ailəm dağıldı, depressiyaya düşdüm“ - Əməkdar artist
-
Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - VİDEO
-
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
-
Şəmsi Səmədzadə həbsdən azad oldu - Azərbaycana gəlib + FOTO
-
“ABŞ olmasaydı, İsrail mövcud ola bilməzdi“ - Tramp
-
DÇ-2026-nın ən yaxşı qolunun müəllifi müəyyənləşib - VİDEO
-
Rumıniya Rusiya diplomatını qovur - PUA-lar diplomatik gərginlik yaradıb
-
Sumqayıtda yataqxana binası bərbad vəziyyətdədir - VİDEO
-
“Geyimdən çox rahatlığınızı düşünün“ - Nuradan müğənnilərə irad
-
“Razılaşmasaq, hərbi güc tətbiq edəcəyik” - Donald Tramp
-
Şamaxıda 65 ailənin yaşadığı ərazi başqa şəxsə satılıb - VİDEO
-
Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır - Zaxarova
-
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR
-
10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir qrup əməkdaşı işdən çıxarılıblar - ŞİKAYƏT/VİDEO
-
Peskovun arvadı “qara siyahı”dan çıxmaq istəyir - Və 2 milyon tələb edir...
-
Məcnun Məmmədov Faruk Fıratoğlu ilə görüşdü - FOTOLAR
-
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır - Gedişhaqqı 1 manat 50 qəpik
-
Araik və digərlərinin apellyasiya məhkəməsi: Prokurorların çıxışları davam edir
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
-
Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir
-
Azərbaycan su ehtiyatlarına görə son, istifadəyə görə ilk sıralardadır - Siyahı
-
“Toplum TV“ işi üzrə hökm oxunub - 12 ildən 15 ilə kimi
-
Bərdə xəstəxanasında cərrah yoxdur? - TƏBİB-dən sosial şəbəkələrdə yayılan videoya cavab
-
Trampın Putinə münasibəti dəyişir - WSJ yeni detalları açıqladı
-
Netanyahu Trampla nəyi müzakirə edəcək? - AÇIQLADI
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Səhər“ və “Mehr“in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
-
ABŞ və İran hərbi əməliyyatları dayandırdı - Silah ehtiyatı tükənib?
-
100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
-
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı
-
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
-
Tamaşaçılar ən çox hansı kanallara baxırlar? - AzTV və Real TV-nin verilişləri ilk 15-də yoxdur
-
ABŞ-dan Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd - Bu hücumlara son qoyulmalıdır...
-
Dünya çempionatı Bakıda keçiriləcək - Prezident sərəncam imzaladı
-
Prezident bu qanunlara da dəyişikliyi təsdiq edib - DETALLAR
-
Tramp İranla bağlı üç variantı nəzərdən keçirir - “The New York Times”
-
Azərbaycanın İstanbul və Qars baş konsulları geri çağırıldı - Yeniləri təyin edildi
-
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın olub - VİDEO
-
Kredit borcu problemi həll olunur? - Yeni qaydalar hazırlanır
-
Sumqayıtda aylar öncə qazılan yol niyə hələ də bərpa edilmir? - VİDEO
-
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi
-
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”: Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
-
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
-
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - VİDEO
-
Abşeronda külək elektrik enerjisini kəsdi: Qatarların hərəkəti yubandı
-
15 ildir qaz xətti keçən kəndin niyə qazı yoxdur? - VİDEO
-
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
-
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
TOP 10
ARXİV






