“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İran Ukraynaya raket atmaq istəyib - Tehran son anda fikrindən niyə daşınıb?

Tarix 29.07.26, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


İran öz gəmisinə edilən hücuma görə qisas almaq məqsədilə Ukrayna dəniz limanlarından birinə zərbə endirməyi planlaşdırıb, lakin diplomatik səylər nəticəsində bunun qarşısı alınıb. 

Bu barədə "The New York Times" qəzeti İran və Qərb rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrə görə, Tehran kəşfiyyat məlumatlarına əsaslanaraq "niyyətini nümayiş etdirmək", lakin bu zaman “kiçik ziyan vurmaq” üçün Ukraynaya ballistik raket atmağı planlaşdırıb. Bəzi mənbələr hədəfin Ukraynanın Qara dəniz limanlarından biri olacağını irəli sürüb. Qəzet qeyd edib ki, İrandan Ukraynaya atılan hər hansı bir raket kəskin eskalasiyaya və iki ölkə arasında daha böyük münaqişəyə səbəb ola bilər. İran rəsmiləri münaqişənin cavab zərbəsi ilə başa çatacağına ümid edirdilər, lakin Qərb Ukraynanın necə cavab verəcəyini proqnozlaşdırmağın çətin olduğu barədə İrana xəbərdarlıq edib.

Dünən isə Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqanın iranlı həmkarı ilə danışdığı barədə rəsmi açıqlama yayılıb. Söhbətdən sonra İran XİN başçısı Abbas Əraqçi sosial mediada yazıb ki, Sibiqa İranın yük gəmisinə hücumun qəsdən edilmədiyini bildirib.

"İran da eskalasiya axtarmır, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı bir hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdik", - deyə İran XİN başçısı bildirib.



Xəbərin oxunma sayı : 400




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap