“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı

Tarix 29.07.26, 13:41

Font ölçüsü : - / +
bitmap-img6


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Laguna Group” MMC (VÖEN – 1004604201) olub.

Yeniavaz.com xəbər verir ki, müsabiqənin şərtinə görə, “Laguna Group” MMC Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında xaricdə yaşayan Azərbaycan əsilli din xadimlərinin ölkəmizə səfərini təşkili edəcək və qarşılığında 122 min 180 manat 23 qəpik alacaq.

Məlumat üçün bildirək ki, ümumilikdə 52 nəfər Azərbaycan əsilli din xadiminin ölkəyə səfəri nəzərdə tutulub. Bunların 32 nəfəri Türkiyədən, 10 nəfəri Gürcüstandan, 5 nəfəri Dağıstandan (Rusiya), 5 nəfəri isə İraqdan gələcək.

Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşir. Qanuni təmsilçisi isə Əsgərov Ramil Əsgər oğludur.  Dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olan “Laguna Group” MMC-nin hazırda dövlət büdcəsinə 5 min 272 manat 64 qəpik vergi borcu da var.

Onu da bildirək ki, 26 oktyabr 2011-ci il tarixində Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.

Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatda olub.



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap