Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Bağça müdirinin vəzifəsindən sui-istifadə etdiyi iddia edilir - VİDEO

Tarix 13.09.25, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafada bağça müdirinin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı iddialar səsləndirilib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Vurğun qəsəbəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasının bir neçə işçisi iddia edir ki, müdir Afaq Fatapur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalıqlara yol verir. İddialara görə, körpələr evinin müdiri qruplardan birini bağlayıb və bir neçə işçini ixtisara salıb.

Digər şikayətçilər isə iddia edirlər ki, təlim-tərbiyə ocağının müdiri Afaq Fatapur daxili idarəçilikdə də idaretmə qaydalarını pozur və işçilərlə özünün təyin etdiyi qaydalara əsasən davranır. İşçilər onu da bildirirlər ki, 55 yerlik bağçada hazırda cəmi 5 uşaq var. 

Valideynlər də işçilərin iddialarını təsdiqləyirlər. Onların sözlərinə görə, qəsəbə icra nümayəndəsinin tərtib etdiyi siyahıda 20 uşaq bağça üçün qeydiyyat gözləyir.

İttihamlarla əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, mövcud vəziyyətdən məlumatlıdırlar.

Qeyd edildi ki, ötən il bağçada 3 qrup fəaliyyət göstərib. Məktəbəqədər təhsil müəssisələrində komplektləşmə prosesi sentyabrın 1-də başa çatıb. Bu müddət ərzində bağçada 1-3 yaşlı qrupa elektron sistem üzərindən müraciət gəlmədiyi üçün qrup açılması mümkün olmayıb. Bu səbəbdən də 5 nəfər əməkdaşın ştatında azalma, 1 nəfərdə isə ixtisar zərurəti yaranıb. İxtisar olunan əməkdaşa qəsəbə ərazisində yerləşən təhsil müəssisəsində uyğun vakant yer təklif edilib.

Qurumdan o da bildirildi ki, idarənin səlahiyyətləri xaricində olan digər iddialar isə hüquqi müstəvidə öz həllini tapmalıdır.





Xəbərin oxunma sayı : 1138




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap