“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mənzildə çatışmayan sahənin pulunu şirkətdən geri ala bilərsiniz - Qanun nə deyir?

Tarix 29.07.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.

Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının növbəti mövzusu çoxmərtəbəli binalardan mənzil alan vətəndaşlarla tikinti şirkətləri arasında ən çox rast gəlinən mübahisələrdən biri - mənzilin sahəsi ilə bağlı hüquqi məsələlərdir.


Sözügedən məsələyə Ali Məhkəmə aydınlıq gətirib.

Məhkəmənin şərhində bildirilib ki, belə işlərə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır:

Əgər müqavilədə mənzilin sahəsinin hansı qaydada hesablanacağı ayrıca razılaşdırılıbsa, mübahisə həmin şərtlərə əsasən həll olunur. Belə şərt yoxdursa, əsas götürülən göstərici mənzilin faktiki işçi sahəsidir.

Əgər yerində aparılan ölçmə zamanı işçi sahənin müqavilədə göstərilən sahəyə uyğun olduğu müəyyən edilərsə, tikinti şirkəti öhdəliyini yerinə yetirmiş hesab olunur. Əksinə, faktiki işçi sahənin müqavilədə göstəriləndən az olduğu təsdiqlənərsə, bu, müqavilənin qüsurlu icrası sayılır.

Dövlət reyestrində göstərilən ümumi sahə şəhərsalma və tikinti qaydalarına uyğun hesablanır. Bu zaman eyvan və terras kimi sahələr ümumi sahəyə 0.3 azaltma əmsalı ilə daxil edilir. Buna görə də çıxarışda sahənin müqavilədəkindən az göstərilməsi, əgər bu fərq yalnız həmin hesablanma metodundan irəli gəlirsə, tikinti şirkətinin müqaviləni pozduğu anlamına gəlmir.

Əgər mənzildə faktiki sahə çatışmazlığı müəyyən edilərsə, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edə bilər. Kompensasiya məbləği mübahisəyə baxıldığı vaxt mövcud olan bazar qiymətlərinə əsasən hesablanır. Belə tələblər üzrə iddia müddəti 5 ildir və bu müddət mənzilin fiziki təhvil alındığı gündən hesablanır. İddia müddəti keçərsə, şirkət bunu məhkəmədə irəli sürdüyü halda iddia təmin edilməyə bilər.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap