“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

700 bal toplayaraq IV ixtisas qrupunun lideri olan abituriyent danışdı - VİDEO

Tarix 28.07.26, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki mərhələsinin nəticələrinin cəminə görə ən yüksək göstərici qeydə alınıb. Maksimum 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir  Tağızadə bu ilin ən yüksək nəticəsinə imza atıb.

Xezerxeber.az xəbər verir ki, Samir Tağızadə göstərdiyi mükəmməl nəticə ilə ölkə üzrə IV ixtisas qrupunun lideri olub. Bu uğur onun uzunmüddətli zəhmətinin, əzmkarlığının və məqsədyönlü hazırlığının nəticəsidir.  Gənc məzun gələcək planlarından danışarkən bildirib ki, əsas arzusu həkim olmaq və insanların sağlamlığının keşiyində dayanmaqdır.

Atası Hikmət Tağıyev qeyd edib ki, 700 bal nəticəsi ali məktəblərə qəbul imtahanlarında əldə edilə biləcək ən yüksək göstəricidir və bu uğur yalnız yüksək bilik, ciddi hazırlıq və böyük iradə tələb edir.

Tağızadə Samir Hikmət oğlunun qazandığı rekord nəticə həm Sumqayıt şəhəri, həm də ölkənin təhsil ictimaiyyəti üçün qürurverici hadisə kimi dəyərləndirilir. Onun uğuru minlərlə abituriyent üçün motivasiya mənbəyi olmaqla yanaşı, zəhmət və məqsədyönlülüyün böyük nailiyyətlərə aparan əsas yol olduğunu bir daha nümayiş etdirir.




Xəbərin oxunma sayı : 97




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap