“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Moskva və Tehran ciddi müqavimət göstərə bilməyəcək” - “Təbliğatı gücləndirəcəklər...”

Tarix 08.08.25, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq sənədlərə Moskva və Tehran ciddi müqavimət göstərə bilməyəcək”.

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edir ki, Kremlin bu sazişlərə qarşı açıq bəyanat vermək ehtimalı azdır.

Açıklama yok.

“Çünki Rusiya Prezidenti Vladimir Putin və Donald Tramp Ukrayna mövzusunda sıx təmasdadır və yaxın görüşləri gözlənilir. Rusiyanın ABŞ-nin Cənubi Qafqazda sülh təşəbbüslərinə mane olması Putinin Tramp əleyhinə siyasət yürütməsi deməkdir, Kreml sahibi buna risk etməyəcək,” — deyə Elxan Şahinoğlu vurğulayıb.

O əlavə edir ki, Kreml nəzarətindəki media və şovinist qruplar vasitəsilə ABŞ ilə saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirə bilər.

Politoloq bildirdi ki, Tehran da Vaşinqtondakı razılaşmalara birbaşa qarşı çıxmayacaq, çünki İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla yaxın əlaqələri dəstəkləyir və onun İrəvana səfəri planlaşdırılır.

“İran rəsmi qurumları ABŞ-nin Cənubi Qafqazdakı fəallığının əleyhinə çıxmayacaq, lakin mühafizəkarlar sinələrini qabağa verəcək,” - deyə Elxan Şahinoğlu bildirdi.

Politoloq əlavə edir ki, mühafizəkarların bu dəfə Bakı ilə yanaşı İrəvanı da hədəfə alması gözlənilir, çünki Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşması ehtimal olunur.

“İran mühafizəkar dairələrinin Paşinyana qarşı təbliğat kampaniyasına başlayacağı gözlənilir,” — deyə o vurğulayıb.

Politoloq Çinin də Vaşinqtondakı razılaşmalara maraqlı reaksiya verəcəyini bildirdi. O deyir ki, Çin Cənubi Qafqazda üç ölkə ilə müxtəlif layihələr həyata keçirir və Azərbaycan üzərindən yük daşımalarını artırıb.

“Əgər Paşinyan ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşarsa, Çin bu addıma necə reaksiya verəcək? Pekin çox güman ki, bu məsələyə qarışmaq istəməyəcək,” — deyə Elxan Şahinoğlu qeyd edib.

O əlavə edib ki, Çin gələcəkdə Zəngəzur dəhlizindən istifadə etməyi planlaşdırırdı.

“Amma əgər ABŞ şirkəti Ermənistan hissəsində nəzarət edərsə, Pekin Vaşinqtonun rəqibi kimi bununla razılaşmayacaq.Çinin ehtiyat etməsi halında yüklərini Bakı-Tbilisi-Qars və ya Araz dəhlizi vasitəsilə daşımaya davam edə bilər,” — deyə Elxan Şahinoğlu yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 1207




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap