“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Messinin hədəfi: MLS, yoxsa Avropa?

Tarix 25.01.23, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


PSJ rəhbərliyi Lionel Messi ilə  müqavilənin uzadılmasında israrlıdır və danışıqlar davam edir.

Futbolçu ilə klub arasında mövcud müqavilə cari mövsümün sonuna qədərdir.

Fanat.Az "Ekip" nəşrinə istinadən xəbər verir ki,  tərəflər əməkdaşlığın davam etdirilməsini müzakirə edir, onlar daha bir neçə detal üzərində razılığa gəlməyə çalışırlar.

Onlardan biri də yeni müqavilənin müddətidir. Əvvəlcə 1 mövsüm uzadılmaq imkanı ilə(1+1) 2 illik müqavilənin bağlanması nəzərdə tutulurdusa, hazırda fərqli sxem üzrə razılaşmanın yekunlaşdırılması istiqamətində iş aparılır.

Bununla yanaşı, PSJ maliyyə feyr-pleyinə görə  65 milyon avro UEFA tərəfindən cərimələnib və onun 10 milyonu yaxın vaxtlarda ödəməlidir. Qeyd olunur ki, klub hələ də futbolçu ilə müqavilə bağladıqdan sonra onun ətrafına komisyon haqqını tam ödəməyib.

Qətər əmiri argentinalını heyətdə saxlamaq niyyətindədir. Yaxın bir neçə həftə ərzində Messinin atası ilə PSJ rəhbərliyi arasında görüş olacaq.

Qeyd edək ki, "İnter Mayami" də Messinin transferində maraqlıdır, lakin hücumçu Avropanı MLS-ə dəyişmək istəmir və  Amerika Kuboku 2024-ə qədər Argentina millisində oynamaq, Avropanın aparıcı klublarında top qovmaq  niyyətindədir.

Messinin hədəfi Çempionlar Liqasında vurulan qolların sayına görə  əzəli rəqibi Kriştianu Ronaldunu keçməkdir. Portuqaliyalı superulduz bu turnirdə 140 qol vurub. Messi isə 129 topla 2-ci yerdədir.




Xəbərin oxunma sayı : 400




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap