“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Son 5 ildə hansı xidmət sahələrində xərclərimiz daha çox artıb? - Siyahı

Tarix 09.07.26, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


5 il əvvəl – 2021-ci ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 7 milyard 758,2 milyon manat olduğu halda, 2025-ci ildə bu göstərici 14 milyard 956,7 milyon manata çatıb.

Yeniavaz.com xəbər verir ki, son 5 ildə xidmətlərin həcmi 7 milyard 198,5 milyon manat və ya 92,8% artıb.

Qeyd edək ki, son 5 ildə ən böyük artım dəyər ifadəsində nəqliyyat xidmətlərində qeydə alınıb. Bu sahədə göstərilən xidmətlərin həcmi 2021-ci ildəki 1 milyard 80,1 milyon manatdan 2025-ci ildə 2 milyard 602,9 milyon manata yüksəlib. Artım 1 milyard 522,9 milyon manat və ya 140,9% təşkil edib.

Nisbi artım tempinə görə ən yüksək göstərici turist-ekskursiya xidmətlərində qeydə alınıb. Bu sahədə xidmətlərin həcmi 121 milyon manatdan 468,3 milyon manata yüksəlib. Artım 347,3 milyon manat və ya 287% təşkil edib.
Təhsil xidmətləri də faiz ifadəsində ən sürətlə böyüyən sahələrdən biri olub. 2021-ci ildə 476,5 milyon manat olan təhsil xidmətlərinin həcmi 2025-ci ildə 1 milyard 319,9 milyon manata çatıb. Beş il ərzində artım 843,3 milyon manat və ya 177% olub.
Səhiyyə xidmətlərində də son 5 ildə ciddi artım müşahidə olunub. Bu sahədə göstərilən xidmətlərin dəyəri 617 milyon manatdan 1 milyard 428,8 milyon manata yüksəlib. Artım 811,8 milyon manat və ya 131,6% təşkil edib.
Məişət xidmətlərində də nəzərəçarpacaq yüksəliş qeydə alınıb. 2021-ci ildə 819,9 milyon manat təşkil edən bu xidmətlərin həcmi 2025-ci ildə 1 milyard 674,6 milyon manata çatıb. Artım 854,7 milyon manat və ya 104,2% olub.
Bunlardan başqa kommunal xidmətlərdə də böyük artım müşahidə olunub. Bu sahədə xidmətlərin dəyəri 2021-ci ildə 1 milyard 729,2 milyon manat olduğu halda, 2025-ci ildə 2 milyard 914,4 milyon manata çatıb. Beş il ərzində artım 1 milyard 185,2 milyon manat və ya 68,5% olub.

Rabitə xidmətləri də ümumi artımda mühüm paya malik olsa da, bu sahənin artım tempi digər istiqamətlərlə müqayisədə daha aşağı olub. Belə ki, rabitə xidmətlərinin həcmi 2021-ci ildəki 2 milyard 101,2 milyon manatdan 2025-ci ildə 2 milyard 952,8 milyon manata yüksəlib. Bu, 851,6 milyon manat və ya 40,5% artım deməkdir.
Xidmətlərin ümumi strukturunda da müəyyən dəyişikliklər baş verib. 2021-ci ildə ən böyük paya malik sahə rabitə xidmətləri olub və ümumi xidmətlərin 27,08%-ini təşkil edib. 2025-ci ildə isə bu göstərici 19,74%-ə enib. Bununla yanaşı, nəqliyyat xidmətlərinin payı 13,92%-dən 17,4%-ə, təhsil xidmətlərinin payı 6,14%-dən 8,82%-ə, səhiyyə xidmətlərinin payı isə 7,95%-dən 9,55%-ə yüksəlib.

Turist-ekskursiya xidmətlərinin ümumi xidmətlərdə payı da əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə bu sahənin payı 1,56% olduğu halda, 2025-ci ildə 3,13%-ə çatıb.



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap