“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Pulsuz kart” sonradan xərc yarada bilər - XƏBƏRDARLIQ

Tarix 09.07.26, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Bank kartı sifariş edərkən yalnız onun pulsuz təqdim olunmasına deyil, müqavilədə qeyd olunan bütün şərtlərə diqqət yetirmək lazımdır.

AzFakt.com xəbər verir ki, bəzi banklar ödənişsiz təqdim etdikləri kartlar üçün illik dövriyyə tələbi müəyyən edirlər. Müştəri il ərzində tələb olunan məbləğdə əməliyyat etmədikdə, kartın illik xidmət haqqı hesabdan tutulur.

Diqqət edilməli digər məqam isə nağdlaşdırma komissiyasıdır. Bəzi kartlarda həm bankın öz bankomatlarından, həm də digər bankların bankomatlarından nağd pul çıxarılmasına görə komissiya tətbiq edilir. Bu komissiyaların məbləği isə bankdan banka dəyişir.

Bundan əlavə, kartdan karta (card-to-card) köçürmələr zamanı da əlavə ödəniş yarana bilər. Həm eyni bankın kartları, həm də müxtəlif bankların kartları arasında edilən köçürmələr üçün komissiya tutulması mümkündür.

Yüksək depozit faizi təklif edən banklarda da bəzi məhdudiyyətlər ola bilər. Məsələn, depozitdən vəsaitin nağdlaşdırılması üçün limit müəyyən edilə və ya əlavə komissiya tətbiq oluna bilər.

Bu səbəbdən bank kartı sifariş etməzdən əvvəl bütün tarif və xidmət şərtlərini diqqətlə oxumaq tövsiyə olunur. Əks halda, "pulsuz" görünən kart sonradan gözlənilməz xərclərə səbəb ola bilər.(milli.az)



Xəbərin oxunma sayı : 1351




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap