“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib - Təfərrüat

Tarix 16.07.24, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, şirkət rəhbəri tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin leqallaşdırması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Kərimov Rüfət Nurəddin oğlunun 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəməsinə, bununla da cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Kərimova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə iş üzrə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbərin oxunma sayı : 919




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap