| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” - Elmir Əkbər
Tarix 12.01.23, 10:41 |
|
Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqqında danışmışıq. Həmişə gileylənmişik ki, xalqımızın insanları psixoloqa, psixiatra, psixoterapevtə müraciət etməyi özünə sığışdırmır, hətta buna pis baxırlar. Son vaxtlar vəziyyət nisbətən qənaətbəxşdir. Artıq həmvətənlərimiz həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixoloqlara üz tuturlar. Bu barədə maarifləndirici yazılara, araşdırmalara, televiziya verilişlərinə də rast gəlinir. Bu vəziyyətdə isə tamamilə başqa problemlər ortaya çıxır. Bu gün özünü “psixoloq†adlandıran şəxslər yağışdan sonra göbələk kimi çoxalıb. Altı aylıq kurs bitirənlər psixoloq kimi fəaliyyət göstərirlər. Dünənə qədər başqa sahədə çalışanlar qəfildən televiziya verilişlərində psixoloq kimi təqdim olunurlar. Sosial şəbəkələrdəki vəziyyət isə tamamilə nəzarətdən kənardır. Belə olan surətdə biz öz ruh halımızı kimə etibar etməliyik? Necə etməliyik ki, aldanmayaq, şəxsi mənafelərin qurbanı olmayaq, qaş düzəltmək istədiyimiz yerdə gözümüzü də itirməyək? Əgər həqiqətən artıq el məsəlinə çevrilmiş o ifadədə deyildiyi kimi, psixoloqların da psixoloqa ehtiyacı varsa, necə? Haradan bilək ki, hansı praktik psixoloq hansı diploma, hansı savada, hansı təcrübəyə, hansı vicdana malikdir? Hətta səriştəsinə və təhsilinə şübhə etmədiklərimizin bizi öz maraqlarına uyğun manipulyasiya edib, asılılıq yaratmaq təhlükəsi belə istisna deyilsə?
Psixoloq, psixoterapevt, psixiatr, nevroloq, nevropatoloq-bunların hansına hansı halda müraciət etməliyik? Sosial psixoloqla klinik psixoloq, psixiatrla psixoterapevt arasında hansı fərqlər var?
Kulis.az psixoterapevt Elmir Əkbərlə müsahibəni təqdim edir.
-Doktor, sizi xoş gördük!
- Salam, sizin və xalqımızın keçmiş də olsa yeni ilini təbrik edirəm. İlimiz uğurlu olsun!
- Doktor, ölkəmizdə psixoloqların hazırkı səviyyəsi sizi qane edirmi? İnsanlarımız necə etsin ki, psixoloq seçimində yanılmasın?
- Birincisi, psixoloq bu sahədə konkret təhsili olan peşəkar mütəxəssis deməkdir. Yəni, istər psixoterapevt adlanmaq üçün, istər psixoloq adlanmaq üçün, istər psixiatr adlanmaq üçün bu sahə üzrə həmin şəxsin diplomu olmalıdır. Bu, birinci şərtdir. Özü də bu diplomu ona hansısa uydurma bir qurum yox, dünya üzrə tanınmış və özünü təsdiqləmiş bir ali təhsil müəssisəsi verməlidir ki, bu insan ixtisasca psixoloqdur, psixiatrdır və ya psixoterapevtdir.
Bilirsiniz, biz bu gün bilmirik, özünü psixoloq adlandıran təhsilsiz dələduzlarla mübarizə aparaq, yoxsa təhsili başqa sahədə olan, amma nədənsə psixoloq kimi fəaliyyət göstərən dələduzlarla.
Baxın, bu gün mən özümü ona görə psixoterapevt adlandırıram ki, məndə ali təhsil müəssisəsinin diplomu var və orda yazılıb ki, mənə həkim psixoterapevt ixtisası verilib. Həmçinin mənə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəsiqəsi verilib ki, bu sahə ilə məşğul olmağa haqqım olsun.
Ancaq əldəqayırma psixoloqlar, psixiatrlar, hətta bəzən bəzi dırnaqarası nevropatoloqlar özlərini rahatlıqla psixoterapevt adlandırırlar.
İkinci vacib məsələ odur ki, hələ təhsilli olmaq, savadlı olmaq demək deyil. Savadlı mütəxəssisi təhsilli, amma savadsız, səriştəsiz insandan fərqləndirən bir sıra xüsusiyyətlər var.
-Doktor, tutaq ki, psixoloq həm müvafiq təhsil alıb, həm də savadlıdır. Bəs onun öz travmaları varsa, necə? Psixoloqlar işlə təmin olunarkən psixoloji testdən keçirlərmi?
- Bir insan praktik psixoloq, praktik klinik psixoloq və ya praktik psixoterapevt kimi fəaliyyət göstərirsə, onun bütün peşə fəaliyyəti “supervisor†(xüsusi nəzarətçi - S. Ə.) tərəfindən tənzimlənməlidir. Daha aydın desək, mütəxəssis özü həftədə bir dəfə seans keçməlidir. Öz supervayzeri ilə. Məsələn, mən özüm iki təhsil almışam, bunlardan biri Vyana-Avstriya psixoterapiya məktəbidir, biri də Bexterev məktəbi. Bunların hər birindən mənim hər metodika üzrə ayrı supervayzerim var. Hansı ki, onlara müraciət edirəm, onlar mənim həm şəxsən özümlə məşğul olur, həm də işimi nəzarətdə saxlayırlar. Beynəlxalq lisenziyalar bunu tələb edir.
Çox heyf ki, Azərbaycanda bu ənənə yoxdur. Yəni, bu şəxslərin öz həyatı daim nəzarətdə olmadır ki, şəxsi həyatlarında baş verən problemlər analiz etdiyi, konsultasiya etdiyi adamlara təsir göstərməsin. Əks halda o baş verir ki, həmin “yarımfabrikat†psixoloqlar öz ailəsində olan problemlərini ona müraciət etmiş insanların başlarında çatladırlar. Onların üzərində öz problemlərini sınaqdan keçirərək özlərini realizə edirlər, özlərini müalicə edirlər. Nəticədə çox bərbad, acınacaqlı vəziyyət ortaya çıxır.
Hələ mən demirəm ki, ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər. Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatıq. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi? İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa etməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidir ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat, dünənə kimi bu şəxs, başqa işlə məşğul idi.
- Elmir bəy, klinik psixoloq ona müraciət edən xəstəyə resept yaza bilərmi?
- Baxın, nəinki klinik psixoloq, ümumiyyətlə həkim olmayan heç bir kəs müalicə, resept yaza bilməz. Bu, qızıl qaydadır. Yazırsa, o da bir fırıldaqçıdır, canidir, resept yazmaqla cinayət törədir. İnsanın əhvali-ruhiyyəsinə, psixi aparatına, ruhuna təsir göstərən dərmanları ancaq həkim psixoterapevt və ya həkim psixiatr təyin edə bilər.
Ümumiyyətlə, psixoloji problemlər iki qrupa bölünür. Biri sırf sosial psixoloji problemlərdir ki, bura ailə-məişət zəminində baş verən problemlər, konfliktlər, davalar, valideyn-övlad, ər-arvad problemləri və sair daxildir. Bunlarla psixoloqlar məşğul ola bilərlər. Amma əgər məhz tibbə bağlı diaqnozlarla işlənilirsə - söhbət depressiya, panik atak, təşviş-həyəcan pozuqluğu, obsessiv kompulsiv pozuntu, müxtəlif davranış pozuntuları, asılılıqlar, narkomaniya, qumarbazlıq və sairdən gedir. Bunlar artıq sırf tibbi problemlərdir. Və bunun diaqnozunu ilk növbədə həkim psixoterapevt qoymalıdır. Lazım gəlsə, müəyyən yüngülvari müalicə yazmalıdır, ondan sonra onun seanslarını ya özü aparmalı, ya da klinik tibbi psixoloqa həvalə etməlidir. Yenə də diaqnozu klinik psixoloq qoya bilməz, həkim psixoterapevt qoya bilər. Uzaqbaşı psixoterapevt tapmayanda diaqnozu həkim psixiatr qoya bilər. Həkim psixiatr isə yalnız dərman müalicəsi apara bilər, seans apara bilməz, bunun üçün xəstə klinik psixoloqa yönləndirilməlidir. Çünki onun buna səlahiyyəti çatmır, uyğun təhsili yoxdur.
- Deməli, həm seans terapiyasını, həm də dərman müalicəsini paralel şəkildə yalnız psixoterapevtlər apara bilər?
- Bəli, həkim psixoterapevtin həm psixiatrın işini, həm də klinik psixoloqun işini görməyə haqqı çatır. Çünki onun təhsili daha genişdir. Məsələn, biz müalicə işi fakültəsini oxuyuruq. Azərbaycanda yeganə tibbi təhsil Azərbaycan Dövlət Tibb Universitetinin verdiyi altı illik təhsildir. Bundan sonra isə biz keçirik psixiatriya üzrə internatura və ya rezidentura və yaxud ordinatura (hər ölkədə adı bir cür səslənir) mərhələsinə. Ondan sonra isə ayrıca ikinci bir internaturanı və ya rezidenturanı keçirik, ondan sonra isə üçüncü bir mərhələ keçərək psixoterapiyanın konkret bir istiqaməti üzrə ixtisaslaşırıq. Yəni, həkim terapevt ən azı, üç təhsil almalıdır. Məsələn, mən əlavə olaraq klinik tibbi psixologiya üzrə də təhsil almışam. Bu elə də vacib deyil, olmaya da bilər, psixoterapevt adlanmaq üçün. Oxucularımız bilməlidirlər ki, Azərbaycanda psixoterapevt peşəsinə yiyələn həqiqi mütəxəssislər sayca çox azdır, barmaqla sayılacaq qədər az.
Bu gün dırnaq lakı ilə də psixoterapiya edən adamlar peyda olub. Yəni, bilirsiniz, özünə hörmət edən, şəxsiyyəti, ləyaqəti, şərəfi olan bir insan nəyə görə başqa adı oğurlamalıdır? Savadı, özünü təsdiq etmiş bir stomatoloq niyə özünü ginekoloq adlandırsın axı? Əgər bunu edirsə, deməli, dələduzdur, tərbiyəsizdir. Mənim guya xəstəliklər haqqında anlayışım yoxdur? Hansısa bir ürək xəstəliyi, böyrək xəstəliyi olan adama ümumi bir resept yaza bilmərəm? Təbii ki, yaza bilərəm. Amma mən bunu eləmərəm, çünki özümə də, qanunlara da hörmətlə yanaşıram. Hər bir həkim ona müraciət edən insanın yerində öz doğmasını təsəvvür etməlidir.
- Bəzən belə hallar da olur, dərman müalicəsi lazım olan xəstələrə uzun-uzadı seanslar keçilir, və ya əksinə, seansla keçəcək problemi olan xəstəyə çoxlu ağır dərmanlar yazırlar. Belə çıxır ki, heç kəs “əlinə düşən†pasiyenti buraxmaq istəmir?
- Bəli, həkim karuselinə salırlar adamı. Tutaq ki, adamın panik atakı var, həyəcan və təşvişi var, amma onu müxtəlif analizlərə, MRT-yə, KT-yə göndərirlər. Əzizlərim, psixoloji problemi olan adama bunların heç biri lazım deyil. Bu problemi olan insanlara heç nevroloqlar, nevropatoloqlar da diaqnoz qoya bilməz. Çünki, nevroloqlar C kateqoriyasından olan kodlaşdırılmış xəstəliklərlə işləyə bilərlər. Sadaladığımız xəstəliklər isə F kateqoriyasına aiddir. Yəni, sırf psixoloji problemdir, nevroloji problem deyil.
- Doktor, uşaqlıq travmalarını hansısa üsulla şüuraltından silmək mümkümdürmü?
- Ümumiyyətlə, bu gün baş tutan çox böyük dələduzluqlardan biri də odur ki, “YouTubeâ€də türk dilində müxtəlif videolar yerləşdirirlər, şüuraltının təmizlənməsi barədə. İnsanlar da oraya gedib ətək-ətək pul tökürlər. Nəticədə isə heç nə əldə etmirlər. Çünki insan şüuraltısıyla işləmək ancaq psixoanalitik məktəblərə aiddir. Orda da şüuraltını silmək nəzərdə tutulmur, bu, çox uzun, böyük bir prosesdir. Burda insan uşaqlıqdan bəri yaşadığı travmaları yenidən yaşayır, onlarla üzləşir, onları dərk edir, anlayır və necə deyərlər “həzm edirâ€.
- Elmir bəy, siz daha çox hansı müalicə üsuluna üstünlük verirsiniz, seanslara, yoxsa dərman müalicəsinə?
- Ümumiyyətlə, mən bir həkim psixoterapevt olaraq daha çox dərmansız müalicəyə üstünlük verirəm. Mən yalnız zəruri hallarda dərmandan istifadə edirəm. Həmişə xəstələrə izah edirəm ki, dərman yaranmış fəsadı aradan qaldırır, səbəbləri isə psixoterapiya seansları aradan qaldırır. Və hər zaman çalışıram ki, mümkün qədər az, yüngül, problemsiz dərman yazım.
- Doktor, bu qədər iş - gücün arasında vaxt edib suallarımızı cavablandırdığınız üçün həm öz adımdan, həm oxucularımız adından sizə təşəkkürümü bildirirəm.
-Mən təşəkkür edirəm.
Xəbərin oxunma sayı : 532
Müsahibə
Xəbərlər
-
Azərbaycan futbolunda ŞOK məğlubiyyət - 18:0 hesabı ilə uduzdular
-
Səudiyyədə 5 mühüm obyekti vurduq; Ər-Riyad da hesabat açıqladı - Husilər
-
Bu ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi - Video
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı genişləndiriləcək - VİDEO
-
Armaninin 10 milyardlıq mirası bölünür - Varislərdən gözlənilməz həmlə
-
Kürün səviyyəsi artıb, Sabirabadın bəzi ərazilərini su basıb - VİDEO
-
Bu ərazi də plana düşüb - Sakinlərə kompensasiya veriləcək
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - Video
-
Əldə etmədiyi kreditə görə ödəniş etmək məcburiyyətində qalıb - VİDEO
-
“Kənanı yola salandan sonra evə gəlib“ - Ölən 18 yaşlı qızın anası danışdı
-
Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq?
-
Bərdə sakini müəmmalı şəraitdə öldü - yaxınlarına inanılmaz təklif
-
Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? - TƏKLİF
-
Türkiyədə 22 ildir siqaret çəkilməyən kənd: Qonaqlar da bu qaydaya əməl edir (FOTO)
-
Bakıda kuryoz olay: borclu olduğu şəxsdən oğurluq edib, borcunu qaytardı
-
“Nə botoks etdirirəm, nə də başqa iynə vurdururam” - Zümrüd Qasımova
-
Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri - VİDEO
-
Valideynlərə yeni aliment öhdəliyi: Ödəyə bilməyənləri nə gözləyir?
-
Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir
-
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə insident - Həbs olunan var
-
İran dünyaya xəbərdarlıq etdi - “Zərbə ilə cavab verəcəyik”
-
MRT və KT müayinələri pulsuz deyil? - Vətəndaşlar bu qədər ödəməlidir
-
Buzovna qayalıqlarını kimlər zəbt edib? - “Dənizə çıxış hamının haqqıdır!”
-
Vilyam Hacıyev danışdı - Azadlıqda ilk fotosu
-
Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi
-
Dünyanın 16 bölgəsində aclıq təhlükəsi - BMT xəbərdarlıq edir
-
Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?
-
Məcburi köçkün evdən çıxmaq istəmir - “Uşağım universiteti biti
-
Özbəkistan rus terminlərini dəyişdirir - Tribunal yox, “Harbi mahkama”...
-
Azərbaycanın xaricdəki ən yaşlı səfirləri - ADLAR
-
“Hörmüz boğazı İranın operativ nəzarəti altındadır” - SEPAH
-
Türkiyədə itkin düşən qızlar tapıldı - Nazir xəbəri Ərdoğana ağlayaraq çatdırdı
-
Əfqanıstanda məktəbin yaxınlığında partlayış oldu: Xeyli sayda ölü və yaralı var
-
Zamanov vəfat etdi - Cəlilabadda yaşayan son müharibə iştirakçısı idi
-
Pirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
-
Bazar günü bəzi yerlərdə yağış yağacaq - Proqnoz
-
15 yaşlı yeniyetmə bıçaqlandı - Tutulan var
-
Əfqanlar İran sərhədindən Azərbaycana girmək istədilər - FOTO
-
Tramp administrasiyasının üzvləri hərbi bazalara köçürlər - Səbəb nədir?
-
Prezidentdən Əli Əsədovla bağlı - Sərəncam
-
“Sizdən o qoxu gəlir” - Bir-birini təriflədilər
-
Bərdədə ər-arvad dəm qazından zəhərləndi - ölən var
-
Trampın seçki strategiyası: Ağ Ev rəhbəri varisini niyə açıqlamır?
-
“Sədərəkdə durğunluq... - Ticarət Mərkəzində satışlar niyə dayanıb?
-
Məkkə sazişi işə düşür - Türkiyə və Pakistan təhlükəli savaşın bir addımında
-
Xəzərin suyunun duzsuzlaşdırılması üçün zavod hansı şəhərdə tikiləcək? - Detallar
-
Ömrü uzadır, ölüm riskini 28 faizə qədər azaldır - Bu məhsulu tanıyın
-
“Taliban” qadın adlarını da qadağan etdi - “Keçi”, “inək” deyə çağırırlar
-
“Nə məsafə saxlanılır, nə də təhlükəsizliyə əməl edilir“ - VİDEO
-
Elçilikdə “yox“ dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
-
Durov “iPhone“ istifadəçilərinə xəbərdarlıq etdi: Telefonunuz bir anda ələ keçirilə bilər
-
Yasamalda 14 mərtəbəli binada icazə sənədi olmadan tikinti aparılıb - VİDEO
-
Əbülfəs Qarayevin Xorvatiyadakı otelinin müəmmalı maliyyə hesabatı - 5,4 milyon avro borc
-
Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər
-
Sumqayıt məktəbində 1 sinifdə 52 şagird təhsil alır? - İDDİA
-
Azərbaycanda “qreçka“nın qiyməti kəskin bahalaşa bilər - Səbəb
-
Vüqar Musayevin rəhbərlik etdiyi şirkət işçilərin pulunu vermir - VİDEO
-
BDU-da tələbələrin tədris imkanı məhdudlaşıb? - VİDEO
-
Neft Fondunda yoxlama: nöqsanlar üzə çıxdı
-
Abşeronda narkotik əməliyyatı - 8 nəfər saxlanıldı + Video
-
“Ona deyə bilərdim ki, səndən xoşum gəlmir” - Tramp
-
Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - Ekspert
-
Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı - İtaliya ilk sıradadır
-
Hesablama Palatasında yeni şöbə yaradılıb - Müdir təyin edilib
-
Bu evlər iqtisadiyyata milyonlarla manat zərər vurur - Əmlak amnistiyası GÜNDƏMDƏ
-
Avropada 1,6 trilyon avroluq büdcə davası - liderlər razılaşa bilmirlər
-
“Naxçıvan camaatının dərdinə kimsə şərik çıxmır” - Novella Cəfəroğlu
-
Market sahibi saxta iş yerləri yaratdı - DSMF-ə 22 min manat ziyan dəydi
-
Bu il əti xaricdən 4, kərə yağını 10,2, düyünü isə 1,6 manata almışıq - Siyahı
-
Azərbaycanda ən yaşlı ali rütbəli vəzifəlilər kimlərdir? - ADLAR
-
Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Atası və ögey anasına hökm oxundu
-
Hibrid avtomobillərin idxalı kəskin azalıb - Qiyməti isə artıb
-
Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
-
Putin və Paşinyan Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər - Peskov
-
Xam nefti Hindistana 110, Portuqaliyaya 77 dollara satmışıq - Siyahı
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
-
“TikTok“da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı
-
Sənədsiz evlərə çıxarışla bağlı amnistiya təklif edildi - “2026-cı il tarixi qərarlar üçün fürsətdir”
-
Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü
-
Vilyam Hacıyev azadlığa buraxıldı - Məhkəmədən qərar
-
ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib - SEPAH
-
Bu il tibbi xidmətlərin qiymətlərində artım baş verib - QİYMƏTLƏR
-
“Vergi cəlladı“nın kadrı Gəncə Neft Bazasını necə talayıb? - Pərvin Əhmədov haqqında inanılmaz iddialar
-
Azərbaycanda QHT-lərlə bağlı qanun dəyişdi - Yenidən qeydiyyata alınacaqlar
-
Generalın qızını məhkəməyə vermişdi - İşdən çıxarıldı
-
Türkiyədən Monteneqroya sərt cavab: 18 illik vizasız rejim ləğv edildi!
-
ABŞ Konqresində “FİFA işi“ sürətlənir: Tramp və Kuşnerin adı hallanır
-
Bakıda XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - Nələr müzakirə edildi?
-
Messi həmin matçda oynayacaq - Ronaldo hələ cavab verməyib
-
Putinə verilən suallar süni intellektlə hazırlanır - Peskov açıqladı
-
ATMU-da nə baş verir? - Universitet rəhbərliyi araşdırmaya başladı
-
Dövlət xəstəxanalarında KT və MRT problemi: Şikayətlər var
-
“Prezident İlham Əliyevə söz vermişdim ki...“ - Estoniya XİN rəhbəri Bakıda nələr dedi?
-
Vahid Ələkbərovun şirkəti “Şahdəniz“dən çıxır - Nə baş verir?
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırıb - Ali Məhkəmədən qərar
-
Prezident Estoniya XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ
-
“Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
-
Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO
-
Avropaya vizasız gedə biləcəyik? - Azərbaycan üçün yeni imkan
-
Tanınmış aparıcının evinə 15 nəfərlik basqın: Saxlanılan şəxsin kimliyi məlum oldu - VİDEO+FOTO
-
Neft oğurluğu yüksək vəzifəlilərin başını yeyəcək - Müşavir
-
Binanın həyətində su anbarının üst paneli çöküb - TƏHLÜKƏ/VİDEO
-
Xətai rayonunda binanın bir bloku istiliksiz qalıb - Səbəb nədir?/VİDEO
-
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Tramp Rutte ilə görüşdü - Ukrayna və İranı müzakirə etdilər
-
Ata evi uğrunda bacı-qardaş savaşı: Qanun nə deyir?
-
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı
-
İtaliya hələlik Aİ-nin çoxillik büdcəsini dəstəkləməyəcək - Meloni
-
Qaradağda narkotik əməliyyatı keçirilib - VİDEO
-
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi verirdi - Saxlanıldı
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: 30 illik qalmaqal
-
Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
-
Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər
-
Ermənistanda məhkəmə Nəsimi Musayevin həbs müddətini uzatdı - 3 ay
-
Bazarı bürüyən təhlükəli toyuqlar - Məşhur firma da satırmış...
TOP 10
ARXİV






