“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Omid”in rəhbəri həbs edildi - Rəhman Məmmədov nədə ittiham edilir?

Tarix 06.11.26, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadənin həbs edildiyi bildirilir.

AzFakt.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.
“Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər. 

Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər.
Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri Rəhman Məmmədov və işçisi Tərlan Qasımzadə saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb, dünən axşam hər ikisi barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib”, - sayt yazır.

Qeyd edək ki, “Omid” təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı üzrə Azərbaycanda ən böyük mağazalar şəbəkələrdən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və rayonlarda 100-ə yaxın filialı var.

Fotoda: Rəhman Məmmədovla Tərlan Qasımzadə



Xəbərin oxunma sayı : 157




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap