“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Basqalda bankomat, ödəniş terminalı və aptek yoxdur - VİDEO

Tarix 06.11.26, 9:16

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonunun Basqal qəsəbəsində bankomat, ödəniş terminalı və aptek yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bank kartlarındakı vəsaiti nağdlaşdırmaq və kommunal ödənişləri həyata keçirmək üçün hər dəfə rayon mərkəzinə üz tutmalı olurlar. Sayğacların smart tipli olması isə vəziyyəti daha da çətinləşdirir. Çünki balans bitdikdə elektrik enerjisinin bərpası üçün ödəniş etməkdən ötrü sakinlər yenə rayon mərkəzinə getməli olurlar.

Basqal qəsəbəsində təxminən 1250 nəfər yerli sakin yaşayır. Sakinlərin sözlərinə görə, bu problemlərə görə rayon mərkəzinə getməli olurlar. Bu isə əlavə vaxt və xərc deməkdir.

Sakinlər həmçinin bildirirlər ki, qəsəbədə aptekin olmaması xüsusilə yaşlı və xəstəlikdən əziyyət çəkən insanlar üçün ciddi çətinlik yaradır. Bəzən ucuz dərman almaq üçün belə rayon mərkəzinə getmək məcburiyyətində qalırlar.

Ödəniş terminalının olmaması da sakinlər üçün ciddi çətinlik yaradır. Xüsusilə kommunal ödənişlər və smart sayğacların balansının artırılması problemə çevrilir. Halbuki qəsəbə ilə yanaşı, ətrafdakı 12-yə yaxın kəndin sakinlərin də bu xidmətlərə ehtiyacları var.

Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov bildirdi ki, problemlərin aradan qaldırılması üçün müraciət edilib.

Həmçinin o da deyildi ki, əhalinin müraciətləri nəzərə alınaraq, Basqal qəsəbəsində bankomatın yerləşdirilməsi ilə bağlı banklara müraciətlər olunub. Lakin banklar müştəri sayının kifayət qədər olmamasını əsas gətirirərək, hazırda ərazidə bankomatın yerləşdirilməsinin məqsədə uyğun olmadığı bildirib.



Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap