“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO

Tarix 19.11.26, 11:40

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Məhəmməd Xiyabani küçəsi, 44 ünvanında yerləşən «yarımçıq məktəb» ərazisinin gələcək taleyi sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, illərdir həmin sahənin Yeni Yasamal parkının genişləndirilməsi üçün istifadə olunacağını gözləyən sakinlər burada yeni çoxmərtəbəli binaların tikilə biləcəyindən narahatdırlar.

Sakinlərin sözlərinə görə, 2018-ci ildə burada yeni park salınıb. Ərazisi kiçik olduğundan müvafiq icra orqanlarına parkın genişləndilməsi ilə bağlı tapşırıq verilib. Lakin hazırda ərazinin tikinti üçün istifadə olunacağı iddia edilir. Digər narahatlıq doğuran məqam ərazidə 300-dən artıq çoxillik ağacın olmasıdır. Sakinlər yaşıllıqların məhv edilməsindən və yeni tikililərin onsuz da sıx məskunlaşmış ərazidə yaşayış şəraitini daha da çətinləşdirəcəyindən ehtiyat edirlər.

Sakinlərin iddiasına aydınlıq gətirmək məqsədilə "Şərur" MTK-nın rəhbəri  İsfədiyar Axundovla əlaqə saxladıq. O, məsələyə belə münasibət bildirdi: "Cammat mənə deyir ki, burada tövlə bizi öldürür. Gəl buranı al, canımızı qurtar. Mən də gedib baxmişam, amma almıram, xoşum gəlmir oradan".

Yasamal Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan bildirldi ki, “Yeni Yasamal 2” yaşayış sahəsində illər öncə yenidənqurma və abadlıq işləri aparılıb və "Yeni Yasamal istirahət parkı"nın bilavasitə yanındakı ərazidə 1,26 ha torpaq sahəsi "Şərur" MTK-ya ayrılıb. Hazırda yarımçıq tikilidə məskunlaşmış məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə əlaqədar boşalan otaqların möhürlənməsi və digərləri tərəfindən zəbt olunmasının qarşısının alınması məqsədilə görülən tədbirlərdə MTK-nın nümayəndələrinin maraqlı tərəf kimi ərazini nəzarətdə saxlaması hələlik yaşamaqda davam edən bəzi ailələrin narazılığına səbəb olur və onlar əsassız iddialar irəli sürürlər.



Xəbərin oxunma sayı : 70




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap