“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kiçik qrantlar 30 min manata qədər... - Sabah böyük müsabiqə elan olunur

Tarix 19.11.26, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


Sabah, noyabrın 20-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edəcək.

AzFakt.com xəbər verir ki, bu barədə Agentliyin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva məlumat verib.

Onun sözlərinə görə, müsabiqələrə müraciət üçün son tarix 2026-cı il dekabrın 20-sidir. Builki seçimlərdə layihələrin məzmununa dair tələblər daha da təkmilləşdirilib:

“Bu dəfə layihələrdə innovativlik, problemlərə yeni və ya daha təkmil həllər təklif olunması, müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və sosial media ilə əməkdaşlıq məsələləri, eləcə də strateji dövlət sənədlərinin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəyə dair ölçüləbilən nəticələr xüsusi diqqətdə saxlanılacaq”.

Qrant məbləğləri və müddətlər

Müsabiqələr üzrə maliyyələşmənin yuxarı həddi və layihələrin icra müddəti aşağıdakı kimi müəyyənləşib:

Kiçik qrant müsabiqəsi: 30.000 manatadək (icra müddəti 6 ayadək);

Böyük qrant müsabiqəsi: 70.000 manatadək (icra müddəti 9 ayadək).

Əsas mövzu istiqamətləri

Ü.Qarayeva qeyd edib ki, bəzi mövzuların Agentliyin "bir pəncərə" prinsipi ilə müxtəlif dövlət qurumları ilə birgə keçirdiyi müsabiqələrdə yer alması nəzərə alınıb. Agentliyin təklikdə elan etdiyi 2027-ci il müsabiqələri isə 5 əsas istiqaməti (və sərbəst mövzunu) əhatə edəcək:

1. Azərbaycançılıq;

2. QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı;

3. Regionlarda aqrar sahədə təşəbbüslər;

4. Ailə institutunun möhkəmləndirilməsi;

5. Sağlam, təhlükəsiz cəmiyyətin təşviqi;

(Həmçinin sərbəst istiqamətdə beynəlxalq əhəmiyyətli təşəbbüslər).

Layihə təklifləri yalnız elektron qaydada qəbul ediləcək. Bunun üçün noyabrın 20-dən dekabrın 20-dək Agentliyin saytındakı elektron xidmətlər portalında (e-ərizə bölməsi) müvafiq bölmə aktiv olacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan sənədlərə baxılmayacaq.



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap