“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tramp Pekində nüvə silahı ilə bağlı rəqəmləri açıqladı: Çinə xəbərdarlıq etdi

Tarix 19.11.26, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Çin səfəri zamanı Vaşinqton, Moskva və Pekinin nüvə arsenalı barədə danışaraq ölkələrin nüvə silahı potensialını müqayisə edib. O, Çinin nüvə arsenalını sürətlə genişləndirməsindən narahatlığını ifadə edib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ-ın 4 min, Rusiyanın isə 3 min 800 nüvə başlığı var.

“Bizim 4 min nüvə başlığımız var, Rusiyada isə 3 min 800”,–deyə Tramp Çində jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidenti Çinin nüvə arsenalının hazırda 400-500 başlıqdan ibarət olduğunu qeyd edib. Bununla belə, onun sözlərinə görə, Pekin nüvə silahı istehsalını fəal şəkildə genişləndirir və qarşıdakı 10 il ərzində arsenalını əhəmiyyətli dərəcədə artıra bilər.

Tramp Çinin nüvə potensialını artırmaq planlarından narahatlığını gizlətməyib.

“Kaş ki, onlar bunu etməsinlər”,–deyə ABŞ lideri bildirib.

Onun açıqlaması dünyanın aparıcı nüvə dövlətləri arasında silahlanma yarışı və strateji balans məsələlərinin yenidən gündəmə gəldiyi bir vaxtda diqqət çəkib. ABŞ, Rusiya və Çin arasındakı nüvə potensialı, xüsusilə Pekinin arsenalını genişləndirməsi fonunda beynəlxalq təhlükəsizlik müzakirələrinin əsas mövzularından biri olaraq qalır.



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap