“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: regional maraqlar və qlobal çağırışlar

Tarix 17.11.26, 6:37

Font ölçüsü : - / +
bitmap-img6


Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, qlobal təhlükəsizlik çağırışlarının artması, iqtisadi əlaqələrin yeni məzmun qazanması dövlətlər arasında etibarlı və uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın müxtəlif coğrafi və siyasi məkanları birləşdirən strateji mövqeyi, müstəqil xarici siyasət kursu, enerji təhlükəsizliyinə verdiyi töhfə və beynəlxalq nüfuzu ölkəmizi aparıcı dövlətlər üçün mühüm tərəfdaşa çevirir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi də məhz bu reallıqların məntiqi nəticəsidir.

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan-Böyük Britaniya əlaqələrinin mövcud potensialını daha geniş müstəvidə reallaşdırmaqla yanaşı, əməkdaşlığın yeni sahələr üzrə şaxələndirilməsinə, qarşılıqlı maraqların uzlaşdırılmasına və uzunmüddətli strateji hədəflərin müəyyənləşdirilməsinə xidmət edir.

Tərəflər arasında imzalanmış Birgə Bəyannamə uzun illər ərzində formalaşmış qarşılıqlı münasibətlərin, etimadın və əməkdaşlıq ənənələrinin davamıdır. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarını formalaşdırmışdır. Yeni sənəd isə həmin təməlləri müasir beynəlxalq reallıqlara uyğun şəkildə zənginləşdirərək münasibətləri daha yüksək keyfiyyət mərhələsinə daşıyır.

Birgə Bəyannamənin əsas siyasi məzmununu beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət təşkil edir. Bu müddəalar Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri ilə tam uzlaşır. Ölkəmiz hər zaman beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin, dövlətlərin ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qorunmasını müdafiə edib.
Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların və sülh gündəliyinin əhəmiyyətinin vurğulanması xüsusi diqqət çəkir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması, Böyük Britaniyanın davamlı sülhə dəstəyini təsdiqləməsi Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbul edildiyinin göstəricisidir.

Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasəti yalnız milli maraqların qorunması ilə məhdudlaşmır. Bu siyasət, eyni zamanda, geniş iqtisadi əməkdaşlıq imkanlarının açılmasına, nəqliyyat-kommunikasiya xətlərinin inkişafına, regional bağlantıların gücləndirilməsinə və qarşılıqlı faydalı münasibətlərin qurulmasına xidmət edir. Davamlı sülhün təmin olunması Cənubi Qafqazın beynəlxalq iqtisadi sistemə daha sıx inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.
Bəyannamədə müdafiə və təhlükəsizlik məsələlərinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi iki ölkə arasında münasibətlərin strateji xarakterini nümayiş etdirir. Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi müdafiə ilə məhdudlaşmır. Kibertəhlükəsizlik, sərhədlərin mühafizəsi, transmilli təhdidlərə qarşı mübarizə, hüquq-mühafizə sahəsində əməkdaşlıq və institusional dayanıqlılıq da bu anlayışın ayrılmaz komponentlərinə çevrilib. Bu baxımdan tərəflərin müdafiə sahəsində təlimlərin, potensialın artırılmasının, qarşılıqlı fəaliyyətin və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinə dair razılığı mühüm perspektivlər yaradır.

Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşması, regional sabitliyin qorunmasına verdiyi töhfə və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakı Böyük Britaniya ilə bu istiqamətdə əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Qarşılıqlı maraqlara əsaslanan təhlükəsizlik tərəfdaşlığı hər iki ölkənin regional və beynəlxalq proseslərdə mövqelərinin möhkəmlənməsinə töhfə verəcəkdir.
Birgə Bəyannamənin mühüm istiqamətlərindən biri iqtisadiyyat, ticarət və investisiya əlaqələrinin genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında iqtisadi münasibətlərin yeni mərhələyə yüksəldilməsi üçün mövcud potensial kifayət qədər genişdir. Xüsusilə enerji, infrastruktur, nəqliyyat, logistika, xidmətlər və maliyyə sektorları qarşılıqlı faydalı əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edir.

Böyük Britaniyanın beynəlxalq iqtisadi və maliyyə sistemində mövqeyi, investisiya imkanları və qabaqcıl texnologiyaları Azərbaycan üçün yeni tərəfdaşlıq perspektivləri yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin iqtisadi resursları, inkişaf edən infrastrukturu və regional bağlantılarda rolu isə Britaniya şirkətləri üçün mühüm imkanlar təqdim edir. Bu kontekstdə Orta Dəhlizin inkişafına verilən dəstək xüsusi strateji məna daşıyır. Asiya ilə Avropanı birləşdirən bu nəqliyyat marşrutu Azərbaycanın tranzit və logistika potensialının reallaşdırılmasında mühüm rol oynayır. Beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlılığının artırılması və yeni iqtisadi bağlantıların yaradılması baxımından Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Azərbaycanın Şərqlə Qərb arasında etibarlı nəqliyyat və logistika qovşağına çevrilməsi istiqamətində həyata keçirdiyi layihələr ölkəmizin beynəlxalq iqtisadi sistemdəki rolunu gücləndirir. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi isə infrastrukturun modernləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə və yeni investisiya layihələrinin həyata keçirilməsinə əlavə stimul verəcəkdir.
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı mühüm rol ölkəmizin xarici iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir. Uzun illər ərzində formalaşmış enerji tərəfdaşlığı Azərbaycanın Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Lakin müasir mərhələdə enerji əməkdaşlığının məzmunu ənənəvi enerji resursları ilə məhdudlaşmır. Bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar və enerji səmərəliliyi yeni əməkdaşlıq gündəliyinin mühüm elementlərinə çevrilib.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin çoxşaxəli xarici siyasət kursunun mühüm nəticələrindən biridir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan münasibətlər qurmaqla beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu siyasət ölkəmizin müstəqil qərarvermə imkanlarını qorumaqla yanaşı, qlobal proseslərdə fəal iştirakını da təmin edir. Nəticə etibarilə, Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı dəyişən dünya nizamında qarşılıqlı maraqların, siyasi etimadın və uzunmüddətli əməkdaşlıq niyyətinin ifadəsidir. Bu tərəfdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu təsdiqləməklə yanaşı, milli maraqlara əsaslanan praqmatik diplomatiyanın yeni uğurlu nümunəsi kimi də diqqət çəkir.

Oktay Mehdiyev



Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap