“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi

Tarix 18.11.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 18-24 noyabr tarixlərində qeyd edilən Antimikrob Müqaviməti Maarifləndirmə Həftəsindən əvvəl beynəlxalq ictimaiyyətə təcili çağırış ünvanlayıb.

Qurumun açıqlamasına görə, bakteriyaların antibiotiklərə qarşı getdikcə daha çox müqavimət göstərməsi səbəbindən heç bir tədbir görülməsə, növbəti 25 ildə 39 milyon insan həyatını itirə bilər.

ÜST-ün məlumatına əsasən, 2021-ci ildə dünyada 1 milyondan çox insan birbaşa dərman müqaviməti səbəbindən həyatını itirib. Təşkilatın eksperti Jan-Pyer Niemazi bildirib ki, antimikrob müqaviməti getdikcə böyüyən qlobal səhiyyə problemidir və mövcud tendensiya dəyişməzsə, gələcək onilliklərdə ölüm halları kəskin şəkildə artacaq.

Xəbərdarlıq edilib ki, bu müqavimət nəzarət altına alınmasa, müasir tibbin əsas təməlləri ciddi risklərlə üzləşəcək. İnfeksiyaların müalicəsində istifadə olunan dərmanların effektivliyini itirməsi hətta adi cərrahi əməliyyatları və doğuş prosesini də təhlükəli hala gətirə bilər.

Mikrob müqaviməti xüsusilə zəifləmiş immunitet sistemi olan şəxslər üçün böyük təhlükə yaradır. ÜST mütəxəssislərinin fikrincə, xərçəng müalicəsi alanlar və xroniki xəstəlikləri olanlar mövcud preparatlarla müalicəsi çətinləşən infeksiyalara qarşı daha həssasdırlar. Bu cür hallarda xəstəxanada qalma müddəti uzanır və ölüm riski dəfələrlə artır.

ÜST-ün digər eksperti Pravarşa Prakaş infeksiyaların baş verməzdən əvvəl qarşısının alınmasının ən təsirli mübarizə üsullarından biri olduğunu vurğulayıb. Lakin təşkilatın apardığı araşdırmalar göstərir ki, dünya ölkələrinin yalnız üçdə birindən bir qədər çoxu infeksiyaların qarşısının alınması və nəzarət qaydalarını tam şəkildə tətbiq edir. Bir çox dövlət 2030-cu il hədəflərindən geri qalır.

Qurum hökumətləri səhiyyə sistemlərini gücləndirməyə, lazımsız antibiotik istifadəsini minimuma endirməyə və yeni dərmanların hazırlanması istiqamətində səyləri sürətləndirməyə çağırıb.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap