“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF

Tarix 12.11.26, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Sükan arxasında telefondan istifadə edənlər üçün yeni cərimələrin tətbiqi gözlənilir.

Ancaq nəzərə alsaq ki, sükan arxasında həm də sosial şəbəkələrdə canlı yayımlar açanlar var, onda həmin sürücülər üçün də yeni cərimələrin tətbiqi mümkündür?

Mövzu ilə bağlı Plat.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, burada əsas nüanslara diqqət etmək lazımdır:

"Ümumiyyətlə, qanunda belə nəzərdə tutulur ki, mobil telefonu əldə tutaraq istifadə etmək qayda pozuntusudur. Bu qayda təkcə mobil telefona aiddir, amma məsələn, smart saata da aid ola bilər, başqa bir texniki planşetə də. Ancaq hazırkı qanunla bunlara aid deyil. Əslində bu cihazlar da telefonla eyni dərəcədə fikri yayındırır, eyni dərəcədə təhlükə yaradır. Ona görə də düşünürəm ki, zaman-zaman qanunda dəyişiklik etmək lazımdır. Müəyyən müddət keçdikcə qanunları yeni şəraitə uyğunlaşdırmaq lazımdır. İndi qeyd etdiyiniz məsələ ilə bağlı onu deyə bilərəm ki, bu əvvəl də qanun pozuntusu idi, indi də. İndi amma müəyyən avadanlıqlar bunu aşkar eləyə bilir. Əvvəl bunu polis, yol-patrul xidməti əməkdaşı görüb irad bildirirdi və yaxud protokol tərtib eləyirdisə, hazırda avtomatik rejimdə kameralar qanun pozuntusunu görüb aşkar edə bilirlər".

Ekspert qeyd edib ki, əgər mobil telefonu əldə açıb canlıya çıxıblarsa, canlı yayım edirlərsə, əlbəttə, bu da qadağandır, buna cərimə tətbiq edilir:

"Amma yox, əgər bunu tutacağa qoyub istifadə edirlərsə, müəyyən yerə bərkidib istifadə olunursa, bu qayda pozuntusu deyil. Yəni bunu rahat şəkildə etmək olar. Amma əslində o da fikri yayındırır, o da sürücünü məşğul edir, diqqətini yayındırır. Yəni bu da zaman-zaman qaydalarda müəyyən dəyişikliklər etməyə məcburiyyət yaradır".



Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap