“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?

Tarix 17.11.26, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və baş katibin siyasi məsələlər üzrə müavini Olaf Skuqla görüşüb.

AzFakt.com xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabında yazıb.

"Baş katibin siyasi məsələlər üzrə müavini cənab Olof Skuq və baş katibin sülh, təhlükəsizlik və müdafiə üzrə müavini cənab Devid Svax ilə məzmunlu müzakirələr apardıq. Aİ-Azərbaycan münasibətləri strateji əhəmiyyət kəsb edir və müntəzəm siyasi əlaqələr və artan praktik əməkdaşlıq gündəliyi ilə dəstəklənərək, inkişafa davam edir. Son yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərə daha da təkan verib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirib.

Avropa üçün etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın rolu və regional nəqliyyat əlaqələrinin, xüsusən Orta Dəhliz vasitəsilə gücləndirilməsinə verdiyi töhfə gələcək əməkdaşlıq üçün əhəmiyyətli imkanlar yaradır. Bərpa olunan enerji, rəqəmsallaşdırma, innovasiya və investisiya da daxil olmaqla yeni əməkdaşlıq sahələri də ön plana çıxır və ikitərəfli gündəliyin əhatə dairəsini genişləndirir.

Biz dinamikanı qorumağın və müzakirələrimizi qarşılıqlı faydalı nəticələrə çevirməyin vacibliyini vurğuladıq", - H.Hacıyev qeyd edib.



Xəbərin oxunma sayı : 79




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap