“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Prokuror məşhur iş adamlarına cəza istəyəcək - 800 min manatlıq mənimsəmə

Tarix 17.11.26, 21:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində kənd təsərrüfatı və aqrar sektorda böyük rezonans doğuran cinayət işi üzrə məhkəmə prosesi həlledici mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, “Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, “Gilan Pivot” MMC-nin rəhbəri Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı artıq tamamlanıb.

Hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin vəsatətləri və sübutların tədqiqi mərhələsi başa çatıb. Noyabrın 19-na təyin edilən növbəti məhkəmə iclasında dövlət ittihamçısının çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər tərtib etməklə ümumilikdə 800 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunurlar.

İttiham olunduqları maddələrin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq, proses boyunca müttəhimlərin heç biri barəsində həbs qətimkan tədbiri seçilməyib. Hüquq-mühafizə orqanlarındakı mənbələrin və məhkəmə sənədlərinin məlumatına görə, buna səbəb ibtidai istintaq mərhələsində dövlətə və zərərçəkmiş tərəflərə dəymiş 800 min manatlıq ziyanın tam şəkildə ödənilməsidir.

Xatırladaq ki, təqsirləndirilən şəxslər ölkənin aqrar sektorunda kifayət qədər tanınmış simalardır. Anar Mehdiyev 2024-cü ilə qədər ölkənin ən iri aqrar müəssisələrindən biri olan “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib. O, eyni zamanda nizamnamə kapitalı 1 milyon manat təşkil edən “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Maraqlıdır ki, hazırkı cinayət işi üzrə hər iki şirkət — həm “Azərşəkər” MMC, həm də “Dastan Agro” MMC zərərçəkmiş şəxs qismində tanınıb.

İş üzrə digər əsas fiqur olan Ruslan Ələsgərov isə kənd təsərrüfatı üçün müasir suvarma sistemlərinin satışı və quraşdırılması sahəsində ixtisaslaşmış “Gilan Pivot” MMC-nin rəhbəridir. Cinayət işinin materiallarına görə, tərəflər arasındakı maliyyə əməliyyatları da məhz Anar Mehdiyevin rəhbərlik etdiyi şirkətlə Ruslan Ələsgərovun şirkəti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş verib.

Qeyd edək ki, Anar Mehdiyev, Ruslan Ələsgərov və Əvəz Süleymanovun hər birinə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddə (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə); 308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda); 313-cü maddə (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham irəli sürülüb.

Ziyanın tam ödənilməsi nəzərə alınmaqla, noyabrın 19-da dövlət ittihamçısının təqsirləndirilən şəxslər üçün real azadlıqdan məhrumetmə, yoxsa şərti cəza tələb edəcəyi ictimaiyyət və işgüzar dairələr tərəfindən maraqla gözlənilir.



Xəbərin oxunma sayı : 61




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap